Yeni Kaledoniya Fransanın qoyduğu buxovlardan azad olmaq və öz siyasi kursuna sahib olmaq istəyir,-deyə Kaledoniya İttifaqı partiyasının baş katibinin müavini Devid Vanabo Bakıda keçirilən; “Neokolonializm: insan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Vanabo qeyd edib ki, Bakı Təşəbbüs Qrupu yarandığı gündən bir sıra mühüm təşəbbüslər həyata keçirib: “Fransa siyasəti manipulyasiya üzərində qurulub. Onlarla mübarizə aparmaq üçün bir-birimizlə həmrəy olmalıyıq. Bunun üçün lazımi şəraiti yaradan Bakı Təşəbbüs Qrupuna təşəkkürlər”.
Siyasətçi qeyd edib ki, Yeni Kaledoniya “özünü buxovlardan azad etmək” və öz siyasi kursuna sahib olmaq istəyir: “Məqsədimiz müstəmləkəçiliklə mübarizədir. Biz Fransa cəmiyyətinə inteqrasiya etmək və ya assimilyasiya olunmaq istəmirik. Çünki bu ölkə hələ də müstəmləkəçilik siyasətini davam etdirir”.