İsrailin baş naziri Netanyahu Putinlə danışmaq üçün hökumətin iclasını yarımçıq qoyub – Haaretz
Onların söhbəti təxminən 50 dəqiqə davam edib.
İsrailin baş naziri Rusiya prezidenti ilə söhbətində Fələstin-İsrail münaqişəsində Rusiyanın mövqeyini tənqid edib, bu barədə Netanyahunun ofisi bildirib.
O, həmçinin Rusiya nümayəndələrinin BMT-dəki mövqeyindən narazılığını bildirib və Moskva ilə Tehran arasında əməkdaşlığı tənqid edib.
Eyni zamanda o, Putinə Rusiya vətəndaşlığı olan İsrail vətəndaşını əsirlikdən azad etmək üçün göstərdiyi səylərə görə təşəkkür edib və əlavə edib ki, İsrail bütün girovları azad edəcək.
Sonuncu dəfə Netanyahu və Putin oktyabrın 16-da danışıblar.
Məmmədli Ömər