New York Times qəzeti yazır.Türkiyə Avropa və ABŞ-dan üz çevirdi.. Rusiya ilə eşqbazlıq etməyə başladı.

20/04/17 8:25

New York Times qəzeti yazır.Türkiyə Avropa və ABŞ-dan üz çevirdi.. Rusiya ilə eşqbazlıq etməyə başladı…
ABŞ-ın aparıcı qəzetlərindən New York Times (NYT), konstitusiya dəyişiklikləri ilə bağlı Bazar günü keçirilən referendum haqqında “Türkiyədə demokratiya itirdi” başlıqlı bir baş məqalə yayıb. NATO-u Türkiyəyə müdaxilə etməyə çağıran qəzet, Trampın Ərdoğanı axtarmasını da “şok edici dərəcədə yanlış bir qarşılıq” olaraq şərh edib.
“Bu referendum, Ərdoğanın uzun bir zamandır Türkiyənin parlament sistemini güclü bir rəhbərliklə dəyişdirmə cəhdinin də uğura nail olduğu mənasına gəlir. Türkiyə, NATO-nun həyatı bir üzvü olsa da demokratik dəyərlər üzərində inşa edilən bu ittifaqdan getdikcə ayrılan bir üzvə çevrilir. Ərdoğan, Avropa və Amerika ilə qarşıdurmaya girdi, Qərb əleyhinə düşmənçilikləri alovlandı və Rusiya ilə eşqbazlıq etməyə başladı. NATO ölkələri, Ərdoğanın avtokratik meyllərini nəzarət altına almaq üçün əllərindən gələn hər şeyi edərkən, Türkiyədə demokratiya tərəfdarlarına da cəsarət verməlidir”.
TRAMPI DA Tənqid Etdilər
ABŞ Prezidenti Donaldın bazar ertəsi günü Prezident Rəcəb Tayyib Ərdoğanı aramasını da tənqid edildiyi yazıda, “Bu, şokedici dərəcədə yanlış bir cavab oldu” şərhində olub. Baş məqalədə belə davam edildi: Nəhayət, Türkiyədə demokratiya yenidən canlanacaq olsa, bu, Ərdoğanın yeritdiyi avtoritar sistemi ilə barışmaq istəməyən milyonlarla Türkün sayəsində olacaq. Hüquqlarını və azadlıqlarını geri almağın bir yolunu tapacaqlar.
CNN DƏ HƏRƏKƏTƏ KEÇDİ
ABŞ Prezidenti Trampın daha əvvəl “Siz yalan informasiya” deyərək reaksiya göstərdiyi CNN də, iki lider arasındakı telefon görüşünə dözmədi və yenə iş başına keçdi. CNN İnternational, Tramp-Erdoğan görüşməsi ilə bağlı qaralama kampaniyası apararaq, “Görüşdə referendumdan çox, regional məsələlər və NATO danışılıb” iddiasına yer verdi.
Transqafqaz.com
Kamal Əsəd