Nikol Paşinyan: “Ermənistanın mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir”

19/11/21 11:12

Ermənistan uzun illər Qarabağ məsələsində öz mövqeyini ədalətsiz hesab etdiyindən və Bakının mövqeyinə qulaq asmadığından İrəvanın mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dərk olunmur.

Ermənistanın Baş Naziri Nikol Paşinyan 17 noyabr 2021-ci ildə parlamentdə hökumət saatı zamanı belə özünütənqid bəyanatı verib.

Baş Nazir öz mövqeyini özünütənqid kimi qəbul etməyə çağırıb və vurğulayıb ki, beynəlxalq gündəmdəki məsələləri və beynəlxalq əhəmiyyətli məsələləri öz meyarlarımız ilə ölçmək olmaz deyib.

Dünyanın davamlı erməni şikayətlərdən bezdiyini anlayan Paşinyan beynəlxalq ictimaiyyətin mövqeyini belə şərh edib: “Beynəlxalq birlik, hər iki tərəfi nəhayət, qarşılıqlı razılaşma və ümumi dil tapmağa dəvət edir. Niyə bizə elə gəlir ki, bütün dünya bizim problem və qayğılarımızla  yaşamalıdır? Bəlkə öz problemlərimizi özümüz həll etməyimizin vaxtı çatıb? Bu, təxminən dünya ictimaiyyətinin bizə dediyidir”.

“Beynəlxalq tərəfdaşlar baxımından nə ermənipərəst, nə də azərbaycanpərəst nizamlanma yoxdur. Ya nizamlanma var, ya da yoxdur”, – News.am Paşinyana istinadən xəbər verir.

Həqiqətən də dünya erməni tərəfinin 30 il əvvəl başladığı münaqişəni davam etdirmək istəyini çoxdan dərk etməyi dayandırıb və Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasını gözləyir.

Bu, 16.11.2021-ci il tarixdə Ermənistanın Azərbaycanla dövlət sərhədində hərbi təxribatı zamanı Ermənistan Xarici İşlər Nazirliyi dünya ictimaiyyətinə və Ermənistanın beynəlxalq tərəfdaşlarına – Rusiyaya, KTMT-yə, eləcə də ATƏT Minsk qrupuna çağırış etsə də, İrəvana xüsusi dəstək verilmədiyi aydın göründü. Onlar reaksiya verdilər: Moskva, Paris, Vaşinqton, hətta Tehran Ermənistanın Azərbaycanla sərhədində vəziyyətin gərginləşməsindən narahatlığını bildirib, tərəfləri təmkinli olmağa və atəşkəs şərtlərinə əməl etməyə çağırıb.

Ekspertlər regionda vəziyyətin gərginləşməsinə və üçtərəfli bəyanatın həyata keçirilməsinə maneələrin yaradılmasına görə Ermənistanın hərbi-siyasi rəhbərliyini günahlandırıblar. Eyni zamanda, çoxları başa düşür ki, İrəvanın yürütdüyü siyasət Paşinyanın komandasına radikal müxalifət və revanşist qüvvələrin təzyiqindən qaynaqlanır. Ümid etmək istərdim ki, indi Yerevanda onlar tədricən başa düşürlər ki, Ermənistan Azərbaycanla sərhədləri tanımamaqla öz ərazilərini riskə atır.

Belə bir vəziyyətdə beynəlxalq vasitəçilər (xüsusən də Rusiya) və ya KTMT Ermənistan tərəfini istəsələr də, heç bir şəkildə dəstəkləyə bilməyəcəklər.

Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti MIllət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü