Bakıda UNEC İqtisadi Forumunda Nobel mükafatçısı – professor Dr. Əziz Sancar çıxış edib.
Nobel mükafatı laureatı Türk dünyasının qarşısında duran yeni bir meydan müəyyənləşdirib – elm sahəsində qələbə qazanmaq. Sancar elmin inkişafında sıçrayış üçün 5 əsas prinsip təklif edib.
- Birincisi, geniş təcrübə mübadiləsi və elmi müəssisələrin sıx əməkdaşlığıdır. Artıq Bakı ilə Ankara arasında belə əməkdaşlıq qurulub, Özbəkistan da bu istiqamətdə irəliləyir.
Bu dövrdə Daşkənddə türk xalqlarını təmsil edən tələbələrin təhsil alacağı Türk Universiteti yaradılır. Elmi sahənin Türkiyədən Çin Respublikasının Türk muxtariyyətinə qədər qarşılıqlı əlaqənin vahid məkanına çevrilməsi zəruridir. Prezident Rəcəb Tayyub Ərdoğan son açıqlamalarından birində türkdilli dövlətlərin və xalqların inteqrasiyasına, o cümlədən elm sahəsinə töhfə verə biləcəyini bildirib. – – İkincisi, uşaqlara çox erkən yaşdan elmi intizam sevgisini aşılamaqdır. Sadə, təmənnasız səviyyədə olsa da, uşaqların elm haqqında bir fikri olmalıdır.
- Üçüncüsü – gənc alimlərə işləmək azadlığı vermək,
- dördüncüsü – elmlə məşğul olanlar dindən və siyasətdən kənarda olmalıdırlar,
- beşincisi – kişi və qadın üçün elmdə bərabər şərait və imkanlar yaratmaq lazımdır.
Sancarın fikrincə, Türk dünyası nəhəng elmi potensiala malikdir. Ötən əsrin 80-ci illərində Türkiyə və Çin Respublikası elmin inkişafı üçün eyni başlanğıc şəraiti var idi. İndi Çinlilərin qabaqcıl elmi, kəşfləri və inkişafı Avropa və Amerikanın akademik qurumlarını sıxışdırıb. Növbəti beş ildə ən azı 10-15 elmi sahədə Çin Respublikası və ABŞ-dan olan çinlilər Nobel mükafatı alacaqlar. Türk xalqları nəticə çıxarmalı və elmi sıçrayış üçün zəmin hazırlamalıdırlar.
Transqafqaz.com