NOBEL MÜKAFATI LAUREATI XƏSTƏXANAYA KÖÇÜRÜLÜB

16/11/23 7:39

Nərgiz Məhəmmədi xəstəxanaya hicabsız yollanıb

Nobel mükafatı laureatı, güneyli soydaşımız və siyasi məhbus Nərgiz Məhəmmədinin hicab geyinməkdən imtina etməsinə rəğmən xəstəxanaya göndərilməsinə icazə verilib.

Qadın bu gün, noyabrın 16-sı Evin həbsxanasını tərk edərək tibb müəssisəsinə yerləşdirilib.

Bir həftə öncə müayinə edildikdən sonra, iki ürək arteriyasının tıxanması, ürəyin ətrafında mayenin yığılması və öd yollarının şiddətli iltihabı qeydə alınsa da, Nərgiz xanım hicab taxmaqdan imtina etdiyi üçün, xəstəxanaya aparılmasına icazə verilməmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir