NOMADMANİA QARABAĞDADIR

04/11/23 11:33

Dünyaca məşhur beynəlxalq NomadMania Travel Club-ın Qarabağa səfəri başlayıb.

Nümayəndə heyətinə 26 ölkənin (ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) nümayəndələri daxildir. Qrupa 50-yə yaxın məşhur səyahətçi daxildir.

Qrupa şəxsən NomadMania klubunun rəhbəri, dünyanın elit səyahətçilərinin əsas simalarından biri olan Harri Mitsidis rəhbərlik edir.

Qrup Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edərək 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurdan keçəcək.

Əsas beynəlxalq səyahət şəbəkələri – Etic, MTP, TCC, NomadMania, Turkish Travel Club, British Piki Reels, Swedish Club 100 komandaları son iki ildə Qarabağa və Şərqi Zəngəzura 8 dəfə səfər ediblər. Bu, sayca 9-cu analoji səfərdir.

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir