NYT- Rusiya taktikanı dəyişir.

18/06/23 7:30

NYT: Rusiya Ukraynanın əks-hücumuna hazırlaşarkən, döyüş meydanında taktikasını dəyişdi, həmçinin “müdafiəsini, artilleriya koordinasiyasını və hava dəstəyini təkmilləşdirdi”

“The New York Times” Amerika hökuməti ekspertlərinə və Ukrayna ordusundakı mənbələrə istinadən yazır ki, bu dəyişikliklər nəticəsində müharibə işğalın “ilk günlərindən çox fərqli görünür”. Nəşr qeyd edir ki, Rusiya hərbçiləri “səhvlərindən dərs çıxarır” və “Ukrayna taktikalarını əvvəlcə, aşağı qiymətləndirdikdən sonra ona uyğunlaşıblar”.

Məqalənin mətnində deyilir: “Rusiya tank kolonları, məsələn, artıq tez zədələnə və ya məhv edilə bilən ərazilərə tələsmir. “2022-ci ildə əhəmiyyətli itkilər verən Rusiya tankları indi artilleriya kimi istifadə edilmək üçün tez-tez cəbhə xəttindən geri çəkilir”.

Bundan əlavə, qoşunlar dərhal hücum etmək əvəzinə, “hücum etməzdən əvvəl, Ukrayna səngərlərinin yerini müəyyən etmək üçün dronlardan və sınaq hücumlarından <…> getdikcə daha çox istifadə edirlər”. Qəzet yazır ki, aktiv istifadə bir tərəfdən sursat çatışmazlığı ilə əlaqələndirilir, digər tərəfdən isə qırıcıları Ukrayna hava hücumundan müdafiə vasitələrinin əhatə dairəsinə düşmək riskinə məruz qoymamağa imkan verir.

Nəşrin istinad etdiyi ABŞ hökumətindəki mənbələrə görə, Rusiya “taktikasını tənzimlədi, lakin bütövlükdə onun qoşunları təkmilləşmədi”. Təcrübəli rus hərbçilərinin əksəriyyəti müharibənin əvvəlində həlak oldu, indi cəbhədə çox pis təlim keçmiş əsgərlər var. NYT mətnində deyilir ki, onlar “hücum əməliyyatları aparmaqda və böyük hərbi hissələrin hərəkətlərini əlaqələndirməkdə çətinlik çəkirlər”.

@BILD_English

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir