Obama bundan sonra bu evdə yaşayacaq…(Fotolar)

20/01/17 11:26

Obamanın yeni evi
ABŞ Prezidenti Barak Obama, prezidentlik vəzifəsini Donald Trumpa təhvil verdikdən sonra Vaşinqtonda yaşamağa davam edəcək

Bu gün vəzifəsini Donald Trumpa təhvil verəcək olan Barak Obama, pensiya günlərini 9 yataq otağı, bir məşq otağı və 8 vannası olan 5.3 milyon dollar dəyərindəki bu evdə keçirəcək.
Obamanın yeni evi, 8 min 200 kvadratmetr sahə üzərində qurulmuş.
Obama, evi Bill Klintonun mətbuat sözçüsü kimi çıxış edən Co Lockharttan icarəyə götürdü.
1928-ci ildə inşa edilən evin üst qatında Obamanın iş otağı yer alır.
Obamanın prezidentlik vəzifəsindən sonra həyatını davam etdirəcəyi ev, paytaxt Vaşinqtonda yerləşir.
Obamanın bu qeyri-adi qərarını 14 yaşlı qızı Sashanın lisey təhsilini başa vurmaması ilə əlaqədar verdiyi ifadə edilir.
Obama, qızı Sasha-nın təhsil aldığı Sidwell Friends Schoola illik olaraq 36 min 360 dollar ödəyir.
OBAMA YENİ EVİNƏ KÖÇMƏYƏ BAŞLADI
Barak Obama, vəzifə Donald Trumpa təhvil verməsinə iki gün qalmış yeni evinə köçməyə başladı.

 

    •  

    •  

    •  

    •  

    •  

    •  

Transqafqaz.com

Mirvari Rza