O’BRAYAN Ceyms Prezidentlə görüşdü

07/12/23 5:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayanı qəbul edib.

Azərbaycan ilə ABŞ arasında əlaqələrin zəngin tarixinə toxunan Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, Azərbaycan ərazisinə silah-sursat, hərbi qulluqçu köçürdüyünü, separatizmi dəstəklədiyini vurğulayan dövlət başçısı Azərbaycanın antiterror tədbirləri həyata keçirdiyini bildirib. Onun suveren ərazilərində təcavüzkar separatizmə son qoyulmuş və əməliyyat zamanı nümunəvi şəkildə və beynəlxalq humanitar hüququn tələblərinə əməl edilmiş, mülki əhaliyə və infrastruktura heç bir ziyan dəyməmişdir.

Ölkəmizin regional sülh gündəmini dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev münaqişənin başa çatmasından və Azərbaycanın suverenliyinin tam bərpasından sonra sülhün bərqərar olması üçün tarixi imkanların yarandığını, ABŞ-ın isə yeni reallıqları nəzərə alaraq, həm də sülh prosesinə töhfə verə biləcəyini vurğulayıb.

Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığa, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna, Xəzər və Qara dənizdə bərpa olunan enerji potensialının inkişafına yönəlmiş layihələrə toxundu.

Dövlət başçısı regionda Orta Dəhliz boyu yeni nəqliyyat və logistika imkanlarının yarandığını, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığının genişləndiyini vurğuladı və bu istiqamətdə əməkdaşlıq üçün yeni imkanlardan danışdı.

Ceyms O`Brayen öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaş olduğunu qeyd edib. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxunub, ölkəsinin regionda sülh gündəmini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini vurğulayıb. Bu çərçivədə ABŞ-ın Vaşinqtonda danışıqları davam etdirməyə hazır olduğuna diqqət çəkir.

Ceyms O`Brayen bildirib ki, ABŞ Transxəzər nəqliyyat dəhlizinin konsepsiyasının hazırlanması, eləcə də Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsini dəstəkləyir. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxmağın vacibliyini qeyd edib.

Söhbət zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir