ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gələcək
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen dekabrın 6-dan 8-dək Azərbaycan və Rumıniyaya səfər edəcək.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənəddən məlum olduğu kimi, O`Brayen Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri gücləndirmək və sülhü dəstəkləmək məqsədi ilə Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək.
P.S Maraqlıdır, söylədiklərini ondan soruşacaqlarmı? Söylədi, birinci də özü gəldi.
Məmmədli Ömər