Oktay Gülalıyev: İKİ QAZİMİZDƏN 12 GÜNDÜR XƏBƏR YOXDU..

31/05/19 9:17

Yaxınları hesab edir ki, onlar DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır və işgəncələrə məruz qalıblar…

Hakimiyyətin Qarabağ qazilərinə, müxalif düşüncəli insanlara qarşı aşırı, qisasçı münasibəti davam edir. Qazilərimiz Babek Hesenov saxlandığı CÇM- də gözüm- çıxdıya salınır. Asif Yusifli 5 ildir şərlənib həbsdə saxlanılır. Efqan Muxtarlinın başına torba keçirilərək oğurlanıb həbs olunur. Saleh Rustamov siyasi məhbus ailələrinə yardım etdiyi üçün narkotika ittihamı ilə şərlənib həbsə atılır və s. Bunlar az imiş kimi 2 qazimiz- Xalq Hərəkatı İdarə Heyətinin üzvləri İlyas Abdullayev və Yavər Mikayılovdan 12 gündür ki, xəbər yoxdur. Onların hansı şəraitdə, necə saxlandığı barədə məlumat verilmir. Ailəsi və vəkili ilə təmas qurmaq qadağan edilib. Yaxınları hesab edir ki, onlar DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır və işgəncələrə məruz qalıblar…

Təsəvvür edirsinizmi hakimiyyətlə eyni mövqeyi bölüşməyən şəxslər rejimin hədəfinə necə tuş gəlirlər? Onlar naməlum şəkildə oğurlanır, işgəncələrə məruz qalır və və qeyri- müəyyən şəkildə həftələrlə gizli saxlanılırlar. Eyni aqibətlə bir neçə dəfə də hazırda 6 saylı CÇM- də “kars”- da saxlanılan Ahsan Nuruzade də üzləşmişdi. Hakimiyyətin Qarabağ qazilərinə qarşı bu münasibəti daha amansızdır. Görünür onlar istəyir ki, ölkədə Mxitaryanlara dəstək verənlər daha çox olsun, nəinki ona etiraz edib torpaqlarımızın azadlığını tələb edən Qarabağ sevərlər və qazilərimiz…

İlyas Abdullayev və Yavər Mikayılov başda olmaqla şərlənib həbs olunan bütün qazilərimizə, siyasi məhbuslara azadlıq tələb edirik!

Toğrul Lətifzadə

Transqafqaz.com