Oman dövləti də Terrora Qarşı İslam İttifaqına qoşuldu…

29/12/16 12:08

Səudiyyə Ərəbistanın başçılıq etdiyi “Terrorizmə Qarşı, İslam İttifakına” Oman da daxil olmaqla üzv ölkələrin sayı 41-ə yüksəlib.

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərə görə, Oman Müdafiə Naziri Bədr bin Səid El-Busaidi, İkinci Vəliəhd Şahzadə və Müdafiə Naziri Məhəmməd bin Selma verdikləri xəbərdə Omanın da terrorla mübarizə məqsədiylə Terrorizmə Qarşı İslam Birliyinə qatıldığını ifadə edib.

Səudiyyə Ərəbistanı, 14 Dekabr 2015-ci ildə 34 ölkənin iştirakı ilə “Terrorizmə Qarşı İslam İttifaqı” təşkilatının yarandığını və mərkəz qərargahının paytaxt Ər-riyad olduğunu bildirmişdi.

Transqafqaz.com