İran-İraq müharibəsi zamanı da İran tərəfi İraqa qarşı oxşar addım atmışdı.
İran, quraqlığı əsas göstərərək Kiçik Zap suyu üzərindəki üç bəndin qapısını bağlayıb. Şimali İraq rəhbərliyi, Bağdada gedən suyu kəsib. İraq narahat. İranın əsl dərdi isə Türkiyənin böyük sədd layihələridir.
Neft müharibələrinin kölgəsində yaşayan Orta Şərq, yeni bir böhranla qarşı-qarşıyadır. Su müharibələri qapıda. İran, iki gün əvvəl öz torpaqlarından, Şimali İraq ərazisindən keçərək İraqa axan Kiçik Zap suyunun önündəki Silve, Visk və Kolsə anbarlarının qapaqlarını bağlaıb. Şimali İraqdakı Kürdlər də İrana dəstək verərərək Bağdada gedən suyu kəsib. Quraqlığı əsas səbəb göstərən İran rəsmiləri, Kiçik Zap suyunun axınının ən az 60 gün müddətidə dayandırıla biləcəyinin siqnalını veriblər. Susuzluğun yarada biləcəyi çətinliklərlə qarşı-qarşıya qalan Bağdad rəhbərliyi olduqca narahatdır.
Hava , mövsüm şərtlərindən dolayı daha dərin quraqlığın gəldiyini, buna görə də aqrar sahələrin kifayət dərəcədə suvara bilməyəcəklərini bildirən İraq Kənd Təsərrüfatı Nazirliyi rəsmiləri “Ərbilin Kiçik Zap suyunu İran tərəfindən kəsmək qərarı, cənub hövzələrini bəsləyən digər su mənbələrinin gələcəyinə dair də ciddi suallar yaradır. Ərbil rəhbərliyin qonşu ölkələri əsas göstərir. Türkiyə və İranın bu məsələdə lazımi həssaslığı göstərməsi ümid edirik,” açıqlamasını verib.
Könül Hacıyeva