Özbəkistan ordusu Orta Asiyanın ən güclü ordusudur

05/11/21 9:38

Global Firepower İndeksinə görə Özbəkistan ordusu – 2021-də dünyada 51-ci yerdədir.

“Vestnik Kavkaza” yazır ki: “Özbəkistanın hərbi gücü 70 min hərbi qulluqçu, 194 ədəd hava texnikası, o cümlədən 60 qırıcı və 33 hücum helikopteri, 420 tank, 98 reaktiv yaylım atəşi sistemi, 1,2 min zirehli texnika, 60 artilleriya qurğusundan ibarətdir”.

2021-ci ildə Özbəkistan ordusu Belarus, Portuqaliya və Mərakeşin hərbi gücü ilə müqayisə oluna bilər.

Qeyd edək ki, respublika ordunun silahlanmasına görə Orta Asiyada liderdir. Beləliklə, Qazaxıstan 61-ci, Türkmənistan 86-cı, Qırğızıstan 93-cü, Tacikistan 99-cu yerdədir.

Transqafqaz.com