Bu yaxınlarda Özbəkistan – müstəqilliyinin 30 illik bir tarixini qeyd etdi. Həqiqətən təntənəli şəkildə və böyük miqyasda qeyd olundu. Həmən ərəfədə Özbəkistan Ali Məhkəməsi Basmaçılar hərəkatının lideri İbrahimbek Çakabaev (İbrahim-bek) də daxil olmaqla, 20-30-cu illərdə repressiyaya məruz qalan 115 nəfəri reabilitasiya etdi.
1931-ci ildə NKVD -nin xüsusi dəstəsi tərəfindən tutularaq, Daşkəndə aparılmış və məhkəmə hökmü ilə edam edilmişdi. İndi o, reabilitasiya olunub.
Daşkənddəki “Şehidler Hotirasi Xiyabanında” Repressiya Qurbanlarının Anım Günündə Özbəkistan Prezidenti Şavkat Mirziyev: “Təxminən yüz il sonra ədalət zəfər çaldı. Milli müstəqilliyimiz uğrunda mübarizə aparan 115 əcdadımızın vicdanlı, vətənpərvər adları bərpa edildi. Daha neçə nəfər var? Vətənpərvərlərin şərəf və ləyaqətinin bərpasına yönələn nəcib işi davam etdirmək lazımdır ” dedi.
Vahidov Qurban. Araşdırmaçı – analitik