Fransa və Özbəkistan 8 sənəd imzalayıblar
Səmərqənddə keçirilən danışıqların yekununda Makron və Mirziyoyev birgə bəyanat qəbul ediblər, Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb. 8 ikitərəfli sənəd imzalanıb:
🔹 “Səmərqənd Fransız Alyansı”nın yaradılması və fəaliyyəti haqqında hökumətlərarası saziş;
🔹 Özbəkistanın içməli su təchizatı infrastrukturunun yaxşılaşdırılması üçün hökumətlərarası maliyyə protokolları (mərhələ 1 və 2);
🔹 Fransa İnkişaf Agentliyinin və PROPARCO-nun Özbəkistanda yaradılması və fəaliyyəti haqqında Hökumətlərarası Sazişə əlavə və dəyişikliklər edilməsi haqqında Protokol;
🔹 Xarici işlər nazirlikləri arasında diplomatik kadrların hazırlanması sahəsində əməkdaşlıq haqqında bəyannamə;
🔹 məktəbəqədər, məktəb, peşə və ali təhsil sahəsində əməkdaşlıq haqqında protokol;
🔹 mədəni irs sahəsində əməkdaşlıq bəyannaməsi;
🔹 Peşə və texniki təhsil sahəsində əməkdaşlıq haqqında saziş.
🔹 Özbəkistanın Mədəniyyət və İncəsənətinin İnkişafı Fondu ilə “Suez” və “Bouygues” şirkətləri arasında əməkdaşlıq bəyannaməsi.
Ömər Məmmədli