Özbəkistanda “Xiva – Türk dünyasının 2020 -ci ilin mədəniyyət paytaxtı” proqramı açıldı

21/09/21 10:46

Xiva, 2019 -cu ildə Qırğızıstanın Oş şəhərində Türk dünyasının mədəniyyət paytaxtı elan edildi.

Özbəkistanın tarixi Xiva şəhərində “Xiva – Türk dünyasının mədəniyyət paytaxtı 2020” proqramının açılışı olub.

Xivə, 2019-cu ildə Qırğızıstanın Oş şəhərində keçirilən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) toplantısında Türk dünyasının mədəniyyət paytaxtı elan ed

ildi. Proqram çərçivəsində tədbirlər yeni koronavirus (COVID-19) pandemiyası səbəbindən təxirə salınıb.

 

 

Xivədə keçirilən tədbir çərçivəsində türk dünyasının mədəniyyət paytaxtlarına həsr olunmuş fotosərgi açılıb.

Özbəkistanın ənənəvi motivlərini əks etdirən geyimlərin nümayiş olunduğu bir defile də təşkil edildi.

Özbəkistan Turizm və İdman Baş nazirinin müavini Aziz Abduhakimov, Xivanı Türk dünyasının mədəniyyət paytaxtı elan etdiyinə görə TÜRKSOY-a təşəkkür etdi.

UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos Xivanın bəşəriyyətin ən əhəmiyyətli şəhərlərindən biri olduğunu vurğuladı.

Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Macarıstan xalqlarının musiqi və rəqslərindən ibarət konsert olub.

Tədbirdə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər naziri Kayrat İmanaliyev, Beynəlxalq Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, Xaricdəki həmvətənlər və qohum icmalar idarəsinin (YTB) rəis müavini Sayit Yusuf iştirak ediblər.

 

Vahidov Qurban. Araşdırmaçı – analitik