Özbəkistanın Surxandərya vilayətində Əfqanıstandan quru və hava yolu ilə sərhədi keçən qaçqınlar üçün çadır şəhərciyi salınıb.
Özbəkistan mətbuatı xəbər verir ki, şəhərcikdə 150 əfqan hərbçisi və mülki şəxs yerləşdirilib. Onların 17-si qadın və uşaqdır. Düşərgə qorunur, qaçqınlar səhiyyə xidməti və isti yeməklə təmin olunurlar.