Özgür Özəl Azərbaycana səfər edəcək.

09/05/24 5:13

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Azərbaycana səfər edəcək.

Partiya başqanı bu barədə “Habertürk” telekanalına müsahibəsində bildirib.

“CHP dövləti yaradan və institutlaşdıran partiyadır. Onun institutlaşmaya böyük töhfəsi olub. Dövlətin bəzi ənənələrindən qaça bilməzsiniz. Seçkilər bitdi, mən qurultaydan sədr kimi çıxdım. İlk öncə  Kipr (Şimali Kipr Türk Cümhuriyyəti – red. ) ziyarəti etdim. Daha sonra Azərbaycana ikinci səfərin edilməsini xahiş etdim”.

Siyasətçi “yaxın günlərdə Azərbaycana səfər etməyi planlaşdırdığını” deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir