ÖZLƏRİNDƏN SONRA FƏLAKƏT QOYUB GEDƏNLƏR

18/12/16 11:32

ABŞ Prezidenti “Suriyadakı dağıntılar üçün özümü də bir az günahkar görürəm” dedi. BMT Baş Katibi də “Arxamda çox problem buraxdım, təəssüf” ifadəsini işlədib.
ABŞ mətbuatı tərəfindən xarici siyasətdə sahəsində tarixin ən pis prezidenti kimi qiymətləndirilən Barak Obama, Suriyadakı uğursuzluğunu etiraf edib. Obama, Ağ Evdə keçirdiyi ilin son mətbuat konfransında, başlıca olaraq Hələbdəki son vəziyyət və Rusiyanın ABŞ seçkilərinə kiber hücum yolu ilə müdaxilə etdiyi iddialarından danışdıb. “Suriyadakı vəhşətin məsuliyyəti Əsəd rejimi ilə onun müttəfiqləri Rusiya və İranın üzərindədir. Onların əllərində Suriyadakı qətliamların qanı var ” deyən Obama daha sonra,” Əslində günahın bir hissəsinin özündə olduğunu” də etiraf etmək məcburiyyətində qalıb.

Pan Gi-mun, BMT-də son mətbuat konfransı keçirib
Suriya ilə bağlı başqa bir qalmaqallı etirafı da yenə tarixin ən pis BMT Baş Katiblərindən biri kimi xatırlanacaq Pan Ki-mundan gəldib. 1 Yanvar 2017 -de vəzifəsini keçmiş Portuqaliyanın Baş Naziri Antonio Guterrese təhvil verməyə hazırlaşan Pan Gi-mun, BMT-də son mətbuatı keçirib.O, dünyada Suriya da daxil olmaqla bir çox ölkədə problemlərin həlli məsələsində uğursuz olduğunu qəbul edib,və Pan Gi-mun bəhanə olaraq beynəlxalq ictimayyətin lazımi dəstək dəstək verməməsini göstərib. Suriya məsələsində günahı Rusiya və Çin kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin üzərinə qoyan Pan Gi-mun “Fərdi və milli maraqlar üzündən yüz minlərlə insanı öldürüldü” deyib. Vəzifəni təhvil alacaq yeni Baş Katibə həllolunmaz çox problem buraxdığım üçün təəssüf” də edib. Pan Gi-mun, Fələstin mövzusunda da uğursuz olduğunu sözlərinə əlavə edib.

Sveta Behbud

Transqafqaz.com