Pakistan Azərbaycan hərbi əlaqələri.

24/05/23 11:22

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Ordu Generalı Asim Munir ilə görüşüb.

Görüşdə ordu generalı A.Münir Pakistanın Azərbaycanla hərbi əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib, hərbi əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Həmçinin iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi və üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin terrorizmlə mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir