Xarici İşlər Nazirliyi: Pakistan İranla vəziyyəti gərginləşdirmək niyyətində deyil
Pakistanın İranda “terrorçulara” hava zərbələri endirməsindən sonra İslamabad Tehranla vəziyyəti gərginləşdirmək niyyətində deyil. Bunu brifinqdə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç deyib.
Pakistanlı diplomatın sözlərinə görə, Pakistan bütün ölkələrlə, o cümlədən İranla dinc münasibətlər istəyir.