Pakistanda terror törədilib

13/12/23 7:15

Pakistanın şimal-qərbində hərbi bazaya hücum edilib, azı 20 nəfər həlak olub. Hadisə zamanı ən azı 34 nəfər yaralanıb və onlar Dera İsmayıl Xandakı hərbi xəstəxanaya yerləşdirilib. Bu barədə “Əl-Cəzirə”yə hərbi mənbə məlumat verib. Qurbanların sayının artacağı gözlənilir.

Hücum Əfqanıstanla həmsərhəd qəbilə bölgələri arasında yerləşən Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan şəhərindən təxminən 60 km (37 mil) məsafədə yerləşən Daraban şəhərində baş verib.

Zərərçəkənlərin çoxu “yatarkən öldürülüb və mülki geyimdə olublar, buna görə də onların hamısının hərbi qulluqçu olub-olmadığını hələ də müəyyənləşdiririk” rəsmilər bildirib . Polis idarəsinin qarşısında kamikadze terrorçusu partlayıcı ilə doldurulmuş yük maşını partladıb, bundan sonra silahlı şəxslər bölməyə daxil olaraq insanlara atəş açıb.

Pakistan Taliban qruplaşması Tahreek-e-Cihad Pakistan məsuliyyəti öz üzərinə götürərək, bunun Pakistan ordusuna qarşı yönəldiyini bildirib.

Təhrik-e-Cihad Pakistan 2007-ci ildə yaradılmış və Pakistanda hakimiyyəti dəyişməyə çalışan Pakistan Taliban qrupudur. Onun Əfqanıstandakı Talibanla sıx əlaqələri var.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir