6 oktyabr Çərşənbə günü Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdollahiyan ilə keçirdiyi birgə brifinqdə Ərdoğan və Əliyevin “3 + 3” regional format yaratmaq üçün Şuşa təşəbbüsünün müzakirə edildiyini söylədi. Rus nazirin sözlərinə görə, İranın müsbət münasibəti var, hazırda Ermənistan tərəfi ilə iş gedir.
Ermənistanın Baş Naziri Nikol Paşinyan Ermənistan parlamentinin tribunasından S. Lavrovun verdiyi açıqlamaya münasibət bildirib. Bu barədə erməni mətbuatı yazır.
Onun sözlərinə görə, Ermənistan hər şeydən əvvəl hansı konkret formatların müzakirə edildiyini, hansı hədəfi, hansı şəraitdə və hansı prinsipə uyğun işləyəcəyini anlamalıdır.
Yalnız bundan sonra Ermənistan tərəfi bu məsələ ilə bağlı dəqiq mövqe bildirəcək.
Transqafqaz.com