Paşinyan Putinə: “Qarabağ problemi həll olunmayıb”

14/10/21 4:24

Ermənistanın Baş Naziri Nikol Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə Qarabağ probleminin həll olunmamış qaldığını bildirib.

Rusiya prezidenti “Əlbəttə ki, şəxsi görüşlər istənilən nəticəni əldə etmək üçün həmişə məhsuldar olur. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Rəsmi və qeyri-rəsmi şəraitdə danışacağıq, birlikdə nahar edəcəyik, cari işləri müzakirə edəcəyik, perspektivlərdən danışacağıq. Tezliklə MDB-nin daha bir sammiti olacaq, mən də saatımızı, sizin saatla uyğunlaşdırmaq istərdim” dedi.

Putin qeyd etdi ki, qarşılıqlı əlaqənin əsas məsələsi, digər məsələlərlə yanaşı, bu gün və uzun müddətdə bölgədə sülhə nail olunmasıdır.

Paşinyan, öz növbəsində, tez-tez görüşlərin Rusiya-Ermənistan münasibətlərinin yüksək dinamikasına və strateji müttəfiq münasibətlərinin əhəmiyyətini qarşılıqlı şəkildə göstəricisinə dəlalət etdiyini vurğuladı.

Paşinyan: “İndi bölgədə və bütövlükdə dünyada dinamik proseslərimiz var və müttəfiqlərin tez-tez görüşməsi, danışması və sinxronizasiya etməsi çox vacibdir. Təəssüf ki, bölgəmizdə vəziyyətin tam sabitləşməsindən hələ danışa bilmərik. Qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır və aydındır ki, Rusiya münaqişənin həllində və bölgəmizdə təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır və ATƏT-in Minsk qrupunun həmsədridir. Bütün bu suallar çox vacibdir. Bütün gündəmi sizinlə müzakirə etməkdən çox məmnunam” dedi.

Transqafqaz.com