Paşinyanın (Rusiyanın) çoxməqsədli məkirli gedişi

12/08/21 3:25

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə və Qarabağla bağlı danışıqlar aparmağa hazır olduğunu açıqlayıb: “Mən Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə üz-üzə görüşməyə hazıram”. Paşinyan Ermənistan ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib.

Ermənistanda seçkilərdən sonra proseslərin gözlənilən inkişafı və Bakının sərt mövqeyi fonunda İrəvanın “yola gəldiyi” görünə bilər, lakin Nikol doğrudanmı sülhə razıdır?

Analiz və təhlillər aparsaq aşağıdakılar aydın olar:

  1. Paşinyan Minsk qrupu formatında danışıqlara dəvət edir və bu, münaqişənin bitdiyi reallığına ziddir.
  2. Paşinyan “konkret təkliflər” gözlədiyini açıqlayır;

– Azərbaycan Ermənistana sərhədin delimitasiyası məsələsinin də daxil olduğu sülh sazişi ilə bağlı proqram təqdim edib,

– Danışıqlar yalnız bu proqram çərçivəsində aparılmalıdır, bunulada Nikol danışıqları müharibədən əvvəlki vəziyyətə qaytarmaq istəyir.

  1. Paşinyan yenidən sərhəddə “beynəlxalq monitorinq mexanizminin işə salınması” təklifini gündəmə gətirir və bu səbəbdən KTMT-ni, ya da Minsk qrupu həmsədrlərinin gəlişini dəstəkləyir.
  2. Bbölgədə kommunikasiyalaın bərpasını, kommunikasiya üzrə üçtərəfli işçi qrupunun yenidən fəaliyyət başlamasının və qonşu ölkələrlə münasibətlərin normallaşmasının Ermənistan üçün prioritet olduğunu qeyd edir;

Paşinyanın açıqlamasında ilk iki  hədəf:

  • Qərbin istəyini və arzusunu yerinə yetirmək;
  • erməni ictimaiyyətində Qarabağ kartını əlində saxladığı görüntüsü yaratmaq;
  • dünya ictimaiyyətində “sülh istəməyən Azərbaycandır” obrazı formalaşdırmaq.

Növbəti məqam sərhəd məsələsində Rusiyanın dəstəyini qazanmağa hesablanıb:

  • KTMT-nin Zasın İrəvan səfərində bölgəyə gəlişi ilə bağlı konkret nəticələr əldə edilmədi;
  • İrəvan Moskvaya yenidən “alternativin olduğu” mesajını verir;
  • Erməni tərəfi istəyinə nail olmaq üçün birbaşa Rusiyanın maraqlarına uyğun mövqe sərgilədiyi görüntüsü yaratmağa hesablanıb.

Erməniatanın Baş Naziri bildirir ki, “regional əlaqələrin açılması tez həll tələb olunan  məsələdir”, ruslar üçtərəfli razılaşmalarda əsasən kommunikasiyanın açılmasını sürətləndirmək istəyir, hərçənd, bunun üçün öncə sərhədlərin delimitasiyası prosesi həyata keçirilməlidir; Paşinyan da rusların istəyini tezləşdirmək haqda sözlərindən dərhal sonra qeyd edir: “Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı mövqeyimiz dəyişməzdir. Düşünürük ki, bu istiqamətdə işlər də gücləndirilməlidir”. Bununla Moskvaya “regional əlaqələrin bərpası üçün sərhədin müəyyənləşməsində bizə dəstək ver” mesajını verir;

Paşinyanın açıqlamasından çıxan yekun nəticə:

  • Ermənistan sərhəddə Azərbaycan Ordusunun mövqelərindən geri çəkilməsini istəyir.

Bu kontekstdə dünən Ermənistan XİN-in Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri ilə bağlı verdiyi bəyanat diqqət çəkir. Bəyanatda iddia olunur ki, 10 noyabr razılaşmasında “qoşunların çıxarılması” ifadəsi yer almayıb və buna görə İrəvan erməni hərbi birləşmələrini bölgədən çıxarmaq niyyətində deyil.

Nikolun bu gün dediyi “əraziləri işğal etmək niyyətimiz yoxdur, niyyətimiz suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır” açıqlaması fonunda Ermənistan XİN-in bəyanatında belə yazıya rast gəlirik: “Azərbaycan sərhəd istiqamətində bizim ərazimizdən çıxmasa, biz də Qarabağdan erməni qoşunlarını çıxarmırıq”.

Hərçənd, KTMT sədri Oleq Zasın İrəvan səfəri, Lavrovun zəngi və Azərbaycanın rus sülhməramlılarına açıq xəbərdarlığı fonunda bu açıqlamanın arxasında Rusiyanın dayandığı da istisna deyil.

Vahidov Qurban. Araşdırmaçı – analitik