Pedro Aqramunt AŞPA-nın iclas salonundan qovudular. Kürüyə görə…

24/04/17 5:04

AŞPA-nın bu gün açılan sessiyası çərçivəsində “AŞPA-nın ünvanına korrupsiya ittihamları və şəffaflıq” mövzusunda parallel  müzakirələr aparılacaq.

Müzakirələrin təşkilatçısı assambleyanın Niderlanddan və AFR-dən olan deputatları Pieter Omtzigt və Frank Schwabedir. Müzakirələrə moderatorluğu “Amnesty İnternational”ın Avropa və Mərkəzi Asiya üzrə direktoru John Dalhuisen və Avropa Sabitlik Təşəbbüsünün direktoru Gerald Knaus edir.

Müzakirələr 2013-cü ildə Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin qəbul edilməməsi məqsədilə Azərbaycanlı deputat Elxan Süleymanovdan rüşvət almaqda ittiham olunan AŞPA-nın keçmiş vitse-prezidenti, İtaliyalı deputat Luka Volontenin ifşa olunması ilə bağlıdır.

Sessiyanın gündəliyində Türkiyədə demokratik institutların fəaliyyəti, Şimali Qafqazda insan hüquqları, qaçqın qadınların zorakılıqdan müdafiəsi zərurəti ilə bağlı məsələlər də var.

Verilən məlumatlara görə Strasburgda Avropa Shurasinin iclasinda deputatlar Parliament Assambliyasinin sədri Pedro Aqramunt iclas salonundan qovublar. Pedro Aqramunt kuru diplomatiyasında adı hallananlardan idi. Indi də Bəşər Əsədə lobbiçilik etməyə girişibmiş ki, zaldan qovulub…

Kamal Əsgər