🇺🇸🇨🇳 ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir və Çinlə münaqişəyə girmək niyyətində deyil
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Pekində Çin lideri Si Cinpinlə görüşü zamanı bildirib.
Blinken ABŞ-ın da soyuq müharibəyə can atmadığını və Çin sistemini dəyişməyi planlaşdırmadığını da vurğulayıb. Öz növbəsində Si Cinpin qeyd edib ki, Çin ABŞ-ın maraqlarına hörmət edir və Vaşinqton buna etiraz etməyəcək.
ÇXR lideri əlavə edib ki, ABŞ Çinin mövqeyinə hörmət etməli və ölkənin qanuni hüquq və maraqlarına xələl gətirməməlidir. Si Cinpin ABŞ-ın Çinə qarşı rasional və praqmatik mövqe tutacağına ümid etdiyini bildirib.