Pilotsuz helikopter Alpin, Türk ordusunun ehtiyaclarına uyğun modernləşdirildi

31/08/21 3:55

TITRA Technology tərəfindən hazırlanan Alpin helikopteri meşə yanğınlarının söndürülməsində özünü sübut etdi

Türkiyədə yerli pilotsuz helikopter Alpin ordunun ehtiyaclarına uyğun olaraq modernləşdirildi.

TITRA Technology tərəfindən hazırlanan Alpin helikopteri daha əvvəl Türkiyənin cənubundakı meşə yanğınlarının söndürülməsi prosesində uğurla istifadə edilmişdir.

Yeni variantlar helikopterin hərbi əməliyyatlar zamanı istifadə edilməsinə, həmçinin silah və sursatın gövdəyə inteqrasiyasına imkan verəcək.

TITRA Technology şirkətinin rəhbəri Selman Dönmez Anadolu-ya bildirib ki, şirkət hərbi missiyalara hazırlamaq üçün helikopterin gövdə quruluşunda və aerodinamikasında bəzi dəyişikliklər etmək qərarına gəlib.

“Helikopterin dizaynını daha böyük və silah və sursat inteqrasiyası üçün daha uyğun görünməsi üçün təkmilləşdirdik. Yeni helikopter gövdəsinin prototipi 15-ci Beynəlxalq Müdafiə Sənayesi IDEF 2021 sərgisində təqdim edildi” dedi.

Transqafqaz.com