Türkiyə aviasiyası İraqın şimalında PKK terror təşkilatının 17 hədəfini məhv edib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Açıqlamaya görə, hava əməliyyatı zamanı terrorçulara məxsus mağaralar, bunkerlər, sığınacaqlar və anbarlar məhv edilib. Basqın zamanı orada bir neçə PKK liderinin də olduğu güman edilir.
Bundan başqa, qruplaşmadan xeyli sayda yaraqlı da zərərsizləşdirilib.
Əməliyyat noyabrın 24-ü axşam saatlarında Qara, Metina, Xakurk və Qəndil ərazilərində həyata keçirilib.
Nazirlikdən təsdiqləyiblər ki, əməliyyat zamanı mülki əhaliyə, eləcə də tarixi-mədəni obyektlərə ziyan dəyməməsi üçün bütün ehtiyat tədbirləri görülüb.