Ukrayna prezidenti Pyotr Poroşenko Helsinkiyə səfəri zamanı rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
APA-nın “NewsOne” telekanalına istinadən verdiyi xəbərə görə, Poroşenko Donbas azad olunmayınca Rusiya mətbuatına açıqlama verməyəcəyini bildirib.
“Ukraynalıları öldürməyə son qoyun və ərazimizi azad edin”, – deyə Poroşenko qeyd edib.
Bu sözlərin hansı jurnalistə ünvanlandığı barədə məlumat verilmir