Prezident seçkiləri barədə Prezident köməkçisinin fikirləri.

20/12/23 11:21

Zeynal Nağdəliyev: “Prezident seçkilərini qanun pozuntusu olmadan keçirilməsini təmin etmək hər birimizin məqsədidir”

“Hər birimizin vəzifəsi və məqsədi ondan ibarətdir ki, qarıdakı prezident seçkilərini mütəşəkkil və heç bir qanun pozuntusuna yol vermədən keçirilməsini təmin edək. Bu istiqamətdə üzərimizə düşən vəzifələr və məsuliyyət aydındır. Qarşıda bizi gərgin iş rejimi gözləyir. İşimizi elə etməliyik ki, seçkilər həm ölkədə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilsin”, – o qeyd edib.


Onun sözlərinə görə, ölkə rəhbərliyi seçkilərin şəffaf keçirilməsi ilə bağlı hər dəfə tapşırıqlar verib: “Prezidentin qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilib. Bütün dünya azad edilən ərazilərə “Böyük Qayıdış” prosesini izləyir. İlk dəfə olaraq azad edilən ərazilərdə seçkilər keçiriləcək. Artıq azad edilən ərazilərə 4395 nəfər köçürülüb.

Hazırda seçicilərin ümumi sayı 6 milyon 354 min 556 nəfər təşkil edir- deyə bildirib.

P.S- Baxarıq, görərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir