Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edib

26/11/16 11:28

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, prezidentlər Suriyadakı vəziyyəti müzakirə ediblər.