Qazaxstanda baş verən hadisələr və kütləvi etiraz aksiyaları nədənsə, həm öncə, həm də sonra Səddam Hüseyni yada saldı. İlkin olaraq “Valday” Diskussiya Klubunun plenar iclasında Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə söz atdı. Daha sonra isə etirazçılar Taldıkurqanda Nursultan Nazarbayevin heykəlini yıxmaları Səddamın heykəlinin yıxılmasıyla müqayisə olundu.
“Valday” Diskussiya Klubunun plenar iclasında Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə «İraq lideri Səddam Hüseyn də hesab edirdi ki, nüvə silahına malik olmadan dünyanın bütün ölkələri ilə yaxşı münasibətlər saxlamaq daha yaxşıdır» deyə zarafatla söz atıb.
Tokayev görüş zamanı qeyd edib ki, Qazaxıstan 1991-ci ildən, Semipalatinsk nüvə poliqonunun bağlandığı vaxtdan bəri nüvə tərksilahının vacibliyindən danışır. Bununla belə, onun sözlərinə görə, 1968-ci ildə imzalanmış nüvə silahının yayılmaması müqaviləsi işləmir, “de-fakto nüvə dövlətləri yaranıb, sözdə yaratmaq ərəfəsində olan dövlətlər yaranıb, lakin, hər halda, biz, əlbəttə ki, nüvə silahının yayılmamasına çalışmalıyıq».
Tokayev qeyd edib ki, Qazaxıstan nüvə silahı olmayan dünyanın tərəfdarı olub və olaraq qalır.
Elnur Səlim
Mənbə: Fedai.az