Qəhrəmanlıqlarıyla dünyanı heyrətdə buraxan Türk qadınları — Amazonkalar (Ama əzənlər)

25/01/22 10:00

O, təsdiq etdi ki, müasir tarixçilər, məsələn, Stenford Universitetinin Adrienne meri şübhələnməyə başlayıblar: Amazonlar çox real və əslində skif köçəriləri olub.

Rusiyada arxeoloqlar silahları ilə birlikdə dəfn edilmiş dörd döyüşçü qadının məzarını tapıblar. Mer bildirib ki, arxeoloqlar ilk dəfə olaraq 45-50 yaşlarında və sonra isə təxminən 12 yaşlarında olan döyüşçü qadınların qalıqlarını aşkar ediblər.

“Bu dörd qadın müharibədə yoldaş olub, yəqin ki, döyüşlərdə həlak olublar və birlikdə dəfn olunublar” — deyə yazıblar.

Amazon qadınlarının mədəniyyəti haqqında yazarkən 2500 il əvvəl İskit köçəriləri nəticəsində olduğu düşünülürdü. “Onlar mənşəcə köçəri tayfalarıdır. Onlar qədim zamanlarda Skifiya adlanan bölgənin geniş ərazisində gəzib dolaşırdılar.

Bu, ərazilər Qara dənizdən Monqolustana qədər uzanan bir əraziidi. Onlar olimpik yayın ixtirasını təkmilləşdirdilər.

Beləliklə, onların həyatları atlara və ox atmağa yönəlmişdi.Oğlan və qızlara uşaqlıqdan at sürməyi, atəş açmağı öyrədirdilər ki, qəbilədəki hər kəs öz tayfasını müdafiə edə bilsin.”

Homer onları ilk dəfə eramızdan əvvəl 750-650-ci illər arasında yazdığı «İliada»da Troya müharibəsi haqqında epik poemasında təsvir edib və Homer Amazonların ərlərlə bərabər olduğunu söyləmişdi. ‘.Onlar haqqında əvvəlcə Homer tərəfindən yazılmışdır.

Onlar Perikles və ya Herkül, Zeseus, Aşil kimi yunanların əfsanəvi qəhrəmanlarının baş düşməni idilər. Bunların hamısı Amazon kraliçaları ilə duellərdə cəsarət və bacarıqlarını sübut etmək üçün meydana atılmışdılar. Unutmayın ki, siz ancaq həqiqətən güclü və cəsur düşmənlə döyüşüb qalib gəlsəniz, şərəf qazana bilərsiniz. Amazonlar bu rola uyğun gəlirdilər.

Amazonlar əfsanəvi Troya müharibəsində rol oynadılar. Bildiyimiz kimi, Pentesilay Amazonların kraliçası idi. Troyalılarla vuruşmaq üçün bir qrup qadın döyüşçü gətirdi və özü isə yunan çempionu Axilleslə vuruşdu. Qalib gəldi, amma əfsanədə belə cəsur və gözəl bir düşməni öldürdüyünə peşman oldu.

Eramızdan əvvəl 5-ci əsrə aid vaza şəkillərində onu öldürdüyünü, sonra göz təması qurduğunu və ölməkdə olan Amazona aşiq olduğunu göstərən şəkillər var.”

Qədim yunanlar öz analarından, arvadlarından və qızlarından çox fərqli olduqları üçün onlara heyran idilər. Qadınların kişilərlə bərabər ola biləcəyi fikri onları narahat edir, həm də cəlbedici görünürdü.

Bu barədə çox qeyri-müəyyən fikirlər vardı. Düşünürəm ki, bu gün də bir çox insanlar hələ də bu barədə qeyri-müəyyən fikirlər söyləməkdədirlər.

“Düşünürəm ki, bu gün kişilər və qadınlar arasında bərabərlik və harmoniya tapmaq uğrunda mübarizələr universaldır, siz Yunanıstanda, İranda, Misirdə, Çində və Hindistanda döyüşçü qadınların hekayələrində görə bilərsiniz. İndi mifləri oxuya bilməyimiz və indi bərabərlikçi bir mədəniyyət haqqında həqiqəti bilməyimiz bizə bərabər ola biləcək kişilər və qadınlar haqqında romantik, həyəcanlı hekayələr verməklə yanaşı, bu hekayələrin əsasında həqiqətin özəyinin nə olduğunu da bilirik…

Düşünürəm ki, əfsanələrdə həmişə Amazonlar olub. Bəzən gizlənirlər, bəzən də tam görünürlər. Amma indi tarixi reallıq, bu ay bildirilən kimi arxeoloji kəşflər sayəsində üzə çıxır”.

Muzaffer Çiçek

****************************************************************************************

SÖZARDI: Xaqani Ədəboğludan: Amazonkaların türk olmaları üzdə olan bir məsələdir. «Dilin tarixi, Tarixin dili» adlı əsərdə bu brədə bu günədək deyilməyən maraqlı məqamlar var. Avrosentristlərin təxribatçı yalanları bu tarixi faktdan da yan keçməyib. Amazonlar bir sak tayfasıdır və məlum bir savaşdan sonra mənsub olduqları tayfanı, qrdaşlarını və ərlərini acı bir məğlubiyyətlə itirən qadınlrın bir döyüşçü birliyidir. Aya ibadət edən bu qadınların inanc sistemi Maqlara məəxsus inanc sisteminin eynidir. Baş kahinə, yəni rəhbər Sarı Ana, yaxud da Sarı Nənə adlanan sarı geyimli qadın ortda olmaqla 12 qadın ibadət sistemləri vardı. Saklardan bizə gələn adları OİRPATAdır. OİRPATA adını İronicə «ər öldürən» anlamında işləndiyini deyən Avrosentrizm kahinlərinin axmaqlığına gülməmək mümkün deyil. Çünki ironilər, xüsusən də onlara aid haylar «ər öldürmə» ifadəsini Artemid və Afrodita məbədində müqəddəs fahişəliklə məşğul olan qadınların qəbul etdiyi yad kişilərlə əlaqələrinə deyirdilər. Hay qaraçılarıın kişiləri günün sonunda əlləriylə yad kişilərə verdikləri arvad və qızlarından, «neçə ər öldürmüsən?» — deyə soruşurdular (Ermənipərəst rus tarixçisi Dyakonov). Yəni neçə kişiyə fahişə xidməti göstərmisən? Məsələni İroniləşdirməyin məğzi sizlərə aydın oldumu?

Əslində bu söz, yəni «OİRPATA» oğuzca bu gün də dilimizdə işlənən «ARVAD» sözünün özüdür. Bu sözün etimoloji mənasına vardıqda isə «Zirək ər» mənası daşıdığını (M. Kaşğari lüğətində də görə bilərik) anlaya bilərik. Avrosentristlərin bu yozumu sakların (sangların) amazonlara «oirpata» deməsindən qaynaqlanır və onların doğulan oğlan uşaqlarını öldürməsiylə izah olunurdu. Amma sadəcə bu söz qadına verdiyimiz bir addır. AMAZONKALARA gəlincə isə, sadəcə qeyd edim ki, bu söz də oğuzca «AMA (MƏMƏ) ƏZƏN» deməkdir və onların 13-14 yaşadək sağ döşlərini burub bağlayaraq inkişafdan saxlamaları və ya gec olarsa, kəsmələri ilə bağlı yaranmış bir addır: «Ama əzən» və ya «Ama kəsən». Bu da onların ox atmalarıyla bağlı idi. Kəsirdilər ki, döş kamanın altında amortizasiya verib oxu hədəfindən yayındırmasın və o dövrə aid bəzi rəsmlərdə amazonlaların sağ döşlərinin olmadığı bilinməkdədir. Qədim yunan rəssamları, məsələn, rəssam Mikon, heykəltəraşlar Fidias və Poliklet Amazonların təsvirlərini heykəllərdə, relyeflərdə və rəsmlərdə çəkiblər. Ustaların heykəllərinin antik imitasiyaları, Halikarnas relyefləri və vazalardakı təsvirlərdə qorunub saxlanılmışdır.

Amazonkaların tapılmış məzarlarında tez-tez döyüş xəsarətlərinin izlərinə rast gəlinir — başda kəsici silahlarla zərbələr nəticəsində kəsiklər, körpücük sümükləri və ətrafların sümüklərində ağır xəsarətlər, sümüklərə ilişib qalmış ox ucları. Bəzi xəsarətlər ölümcül olub, digərləri isə sağalıb. Kurqanların birində (Ukrayna ərazisində) hətta körpəsi olan Amazonka məzarı da tapıldı. Onun döyüşçülər qəbiləsinə mənsub olduğunu daim yayın sıx ipini çəkdiyi sağ əlinin iki barmağındakı buğumlardakı dəyişikliklər sübut edirdi.
Bircə faktı da burada açıqlayıram ki, onlardan bizə gəlib çatan miras «Sarı gəlin» mahnısıdır və bəzi biqeyrətlərimiz az qala bunu da haylara yem etməkdədirlər. Mahnının ylnnız Azərbaycan variantında bir tarix şifrələnib. Qalan mhnılar, hətta Ərzurum variantı da yanlışdır.

Herodot Sarmatiyanı yanlış olaraq «qadınlar tərəfindən idarə olunan» (Gynaecocratumeni) tayfasının yaşayış yeri kimi göstərmişdir. Qədim yunan tarixçisinə görə Amazonlar Sak dövlətində (müasir Krım, Şimali Qaradəniz) və Meotida gölünün (Azov dənizi) sahillərində yaşayırdılar. Herodot sarmatlıları amazonların və skiflərin nəsilləri kimi təsvir edir, onların qadınları qədim adətlərə riayət edirlər, “çox vaxt ərləri ilə at belində ov edirdilər, müharibədə iştirak edərək, kişilərlə eyni paltarı geyinirdilər”.

Heredotun yazdığına görə, Amazonkalar sahil boyu (Azov dənizi) məskunlaşdılar, sak düşərgələrinə hücum etməyə, atları aparmağa və qarət etməyə başladılar. Bu, təbii ki, skiflərin xoşuna gəlmirdi. Onlar naməlum döyüşçülərin basqınlarını dəf etməyə başladılar. Bir döyüşdən sonra müəyyən sayda amazonkaları öldürən skiflər düşmənlərdən zirehləri çıxarmağa başladılar və gördülər ki, onlar qadındırlar və həm də çox gözəldirlər. Bu barədə rəhbərlərə məlumat verildi. Çünki yunanlardan fərqli olaraq, bir türk gələnəyi kimi saklar qadınlara qarşı döyüşmürdülər.

Dedilər: “Bizə belə mübariz qadınlar lazımdır. Biz onlarla döyüşməyəcəyik”. Onların yanına ən gənc döyüşçüləri seçib əlaqə yaratmaq üçün göndərdilər. Amazonkalar da onlarl evlənməkdən imtina etməyiblər və bir müddət sonra cütlüklər peyda olub. Sonra saklar Amazonkları öz xalqlarının bir hissəsi olmağa dəvət etdilər. Amma amazonkalar cavab verdilər: “Yox, biz azad həyata öyrəşmişik, biz sizin qohumlarınızın, yalnız evdarlıqla məşğul olan qadınların yanına getməyəcəyik. Siz xoşluqla gedib öz payınızı alın, biz də sak mülkündən çıxıb gedək».

Sak başçıları razılaşdılar, amazonkalarla evlənmiş gənclərə pay ayırdılar və onlar Dondan, sak mülklərinin hüdudlarından kənara çıxdılar. Herodotun yazdığına görə, “Amazonkalar və sak gənclərinin bir tayfası üç günlük şərqə, on beş günlük şimala gedən yoldakı torpaqlarda məskunlaşdılar, Savromatlar (Sarmatlar) adı ilə tanındılar”. Onlarda qadınların rolu xüsusi idi. Qız üç düşməni öldürməyincə evlənə bilməzdi. Uşaqlıqdan onlra at sürməyi, hər cür silahdan istifadə etməyi öyrədirdilər.

Qədim yunan mənbələrində göstərilir ki, sarmatlar sak gəncləri ilə amazonkaların izdivacından törəmişlər. Saklarla razılaşmada amazonkalar evləndikdən sonra ayrı yaşmağı irəli sürürlər. Yəni bu hekayətin kökündə dayanan məsələ tayfadan «AYRILMAQ» məsələsidir. Dədə Qorqud dastanında «gəlinə ayran demədim, mən Dədə Qorqud»— deməsini xatırlayın. Əski türkcədə də «Sarmat» sözü, elə Mahmud Kaşqarlı lüğətinə görə də «ayıran» deməkdir.

Nəhayət bircə faktı deyim ki, bu cəsur qadınlar daim yunanlara qarşı vuruşdular. Hətta ən son onlar, Pompeyə qarşı Albaniya ordusunun tərkibində və ən nəhayət isə Çaldıran döyüşündə Rumluları təmsil edən Sultan Səlimə qarşı döyüşdə göründülər. Onların cəsurluğuna valeh olan Sultan Səlim onları bir döyüşçü kimi şərəflə dəfn olunmasını əmr edir.

Mənbə: Fedai.az