Qələndər Muxtarlı, “Düçmənin ala bilmədiyi qisasa ortaq olanlar”…

25/05/20 11:51

Qarabağda başlanan vətən torpaqları uğurunda savaşda İsgəndər və Sərdar Həmidov qardaşları qədər yaxşı mənada təsir göstərən bir kimsəni tapmaq çətindir.

Bu təsir o qədər güclü olmuşdur ki, o dövr müharibənin hər iki tərəfində döyüşənlərdən, savaşın müassirlərindən tutmuş regionda və savaşda marağı olan dövlətlərə qədər hər kəs bu adamları xatırlayır və oynadıqları rolu bilir. Onlar könüllü vətən övladları ilə birlikdə yenicə qurulan dövlətdə müharibəni aparan tərəf qədər rola malik idilər. Ermənilərin o zaman Tərtər istiqamətində davamlı hücumlarında əsas istəklərindən biri kürə çıxmaq, Bakı-Qazax magistralını nəzarətə götürmək və ölkəni parçalamaqla Azərbaycanı dizi üztə gətirib sıradan çıxarmaq idi. O dövrdəki Türkiyə də bu günki Türkiyə deyildi. Ən çox sevdikləri Elçibəyə mülku vertalyot vermək qədər addım ata bilmədilər.

Belə bir ağır dövrdə Qarabağda olan bütün hərbi arsenalı ilə hücuma keçən erməni-rus hərbi terror qruplaşmalarına qarşı Tərtər əhalisinin yenidən hərbi səfərbərliyini keçirən və öz şəxsi qəhrəmanlıq şücaəti ilə düşməni darmadağın edən İcra başçısı, Tərtər Batalyonunun komandiri Sərdar Həmidov idi. Düşmən geri atıldı və bir daha Tərtər istiqamətində hücuma keçmədi.

Həmin vaxtların həm döyüçüsü həm də kifayət qədər proseslərdə rol alan məlumatlı şəxlərdən biri olaraq dəqiq bilirdim ki, nəinki döyüş vaxtı, hətta atəşkəs imzalanandan sonra belə cəbhə xəttindən 50 km aralı olan qonşu rayonların məmurları gecələr ailələrini yığıb daha təhlükəsiz yerə aparırdılar. İndi o “dezertr” məmurların müassirləri Tərtərdə, digər ətraf rayonlarda at oynadır, torpaq tutur, hətta Sərdar Həmidovun mülkünə, torpağına göz dikirlər. Bu addımın fəlsəfəsi odur ki, düşmənin ala bilmədiyi qisasa ortaq olamq fikrinə düşüblər.Tərtərdə baş verən son hadisələrdən başqa nəticə çıxarmaq çox çətindir. Müharibə vəziyyətində olan bir hökümət heç şübhəsiz ki, bu hadisənin mahiyyətinə uyğun qiymət verəcəkdir.