Qənirə Paşayevadan diqqətəlayiq Afrin çıxışı…

13/02/18 5:04

Avropa ikiüzlüdür.

Zeytun Budağı Hərəkatının Türkiyənin haqlı mübarizəsi olduğunu dilə gətirən Azərbaycan Millət Vəkili Paşayeva, Avropanı ikiüzlükdə qınayıb.. Avropa çox iki üzlü. Terrorla mübarizədən bəhs edirsinizsə harada olursa olsun terrorun qarşısında durmanız lazımdır”. deyib.
Millət Vəkili Qənirə Paşayeva, Türk-Müsəlman dünyasının bir-birinə sahib çıxması lazım olduğunu bildirərək, “Bu məkanda yeni bir Çanaqaladan keçirik” deyib. Bunun yeganə çıxış nöqtəsi isə ” bir olmaq və gənc nəsillərimizə doğru yetişdirilməsidir”. deyib.

Paşayeva etdiyi açıqlamada, Zeytun Budağı Hərəkatının Türkiyənin haqlı mübarizəsi olduğunu dilə gətirib. Türkiyənin illərlə terrorla mübarizə etdiyini xatırladan Q. Paşayeva bu PKK təşkilatının adını müxtəlif bölgələrdə dəyişdirsəniz də onun mahiyyəti dəyişməyəcəkdir. Bunlar PKK terror təşkilatının qollarıdır. Türkiyə illərlə bunlarla mübarizədə minlərlə şəhid verdi, minlərlə insanımız qətlə yetirildi. O üzdən Türkiyə, haqlı mübarizə aparır.

Transqafqaz.com