Qərbi Azərbaycana qayıdışı tək Türk düşmənləri istəmir.. fotolar

09/01/23 9:26

 

Qərbi Azərbaycana qayıdışı tək Türk düşmənləri istəmir..

Bəs sən niyə göynəyirsən erməni dilli Telman Qasımov.

Bilirsiniz, Qərbi Azərbaycan məsələsi tək soykök etibarilə Qərbi Azərbaycanda dogulanlarla bağlı bir məsələ deyil. Qərbi Azərbaycan Bütöv Azərbaycan sevdasını köksündə daşıyan bütün millətimin, hətta bütün dünya Türklüyün məsələsidir. Bu yolda kim bir doğru addım atırsa, ləyaqətli bir vətən oğludur. Əziz Ələkbərlini müdafiə etməkdən uzağam. Ən azından onun buna heç ehtiyacı da yoxdur. Amma bu qədər millətin gözü önündə Qərbi Azərbaycan məsələsi Respublika rəhbərliyi səviyyəsində gündəmə gətirilirsə, beynəlxalq münasibətlərin predmetinə çevrilirsə bu tarixi şanı şübhə altına alan mənim millətimin düşmənidir. Əziz Ələkbərli Qərbi Azərbaycan məsələsində doğru yoldadır. “Politoloq”,Telman Qasımov, dilini bildiyin ermənilər bu cür məsələdə heç fikir ayrılığında olardılarımı?

Əlbəttə yox. Bəs sənin dərdin nə?

 

 

Bu mövzuya bir daha qayıdacağam. Amma daha geniş aspektdə…

 

Qərbi Azərbyacan yolunda kim bir kərpic qoyacaqsa ona hamımız təşəkkür etməliyik. Amma ləkəli keçmişə malik, qeyri ciddi adamlar, Prezidentin etimad göstərdiyi bir şəxsə qarşı qarayaxma kompaniyasına başlayacaqsa əlbətdə hamılıqla bu adamları ümummilli qınağa gətirməliyik .

Mən dəəziz Ələkbərlinin həm özünü həm də adı çəkilən yaxınlarını çox yaxşı tanıyıram. Onların bu millət yolunda nələr etdiyni də Batı Azərbaycan əhalisi yaxşı bilir. İnsanlarımıza ləkə, qara yaxmaqdan bir dayanaq. Millətmizin tarixində yeni bir dövr yaranıb, hamılıqla bu məsələdə bir olaq. Bu da Qarabağ savaşı kimi bir savaşdı hafiz Hacıyev. O savaşda necə birləşmişidiksə bu savaşdada elə birləşməliyik. Bir nəticəyə nail olmamış, ortalığı qarışdırmağa uğursuz cəhdlər etmək, tək ermənilərin işinə yarayır. Amma təssüf bu şəxslərin belə cəsarəti kimdən aldıqları isə bir müəmmadır  ki çözülməsi bir müşkülə çevrilib.

Ilqar Kazımov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir