Qələndər Muxtarlının doğum gününü təbrik edirik

23/10/23 2:56

Bu gün Azərbaycan Milliyyətçi Demokrat partiyasının sədri, “Transqafqaz” saytının rəhbəri və yaradıcısı Qələndər bəy Muxtarlının doğum günüdür.

Bu münasibətlə saytın kollektivi və müəyyən milliyyətçilər adından partiya sədrini təbrik edir, ona siyasi arenada öz yerini tutmağı arzu edirik. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, siyasi mübarizliyi, uzaqgörənliyi, həmişə dövlətin və millətin yanında olması üçün göstərdiyi səylərin bəhrəsi olaraq, qeydiyyatdan keçmiş bir partiya sədri kimi fəaliyyətini daha da genişləndirəcək. Qarşıda görüləcək işlərin çoxluğunu nəzərə alaraq, vacib məsələlərdən biri də, Azərbaycanda millətçilərin bir yerdə, bir çatı altında toparlanmasıdır. Bunun üçün də partiya sədri kimi Qələndər bəyin üzərinə böyük bir missiya yüklənmiş olur. Bu vacib məsələdə də onun, həmişəki kimi, nəticəyə çatacağına əminlik ifadə edir və uğurlar arzu edirik. Uğurlar Qələndər bəy.

Ömər Məmmədli

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir