Qərbi Azərbaycan (indiki ermənistan) Azadlıq Təşkilatının – Bəyanatı

29/09/21 4:54

BaKı şəhəri                                                                                       27 sentyabr 2021-ci il

 

27 sentyabr 2020-ci ildə səhər saat 06 radələrində erməni silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini müxtəlif növ silahlardan atəşə tutmuşdur. Onların məqsədi yeni ərazilər işğal etmək, daha çox dinc əhalini qətlə yetirmək, daha çox yaşayış məntəqələrimizi, sosial obyektləri, məktəbləri, xəstəxanaları, uşaq baxçalarını və s. dağıtmaq idi. Bunun üçün də onlar öz faşist ideyalarına sadiq qalaraq səhərə yaxın hücum etmişdir. Erməni faşistləri Azərbaycanın iri şəhərlərini, əsasən də Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və s. hədəfə almışdılar. Onlar cəbhə bölgəsindən çox-çox uzaqda olan Bakı, Xırdalan, Xızı, Qəbələ, Kürdəmir və digər şəhərlərə də “Skad” və “İsgəndər M” tipli raketlərdən atəş açırdılar. Erməni faşist qəsbkarları şəhərlərimizə ancaq gecələr atəş açırdılar ki, yatan dinc əhali arasında tələfat daha şox olsun. Bunun nəticəsində 12 uşaq və 27 qadın olmaqla100 nəfərdən çox mülki əhalı həlak olmuş, 50 uşaq və 101 qadın olmaqla 450 nəfərdən çox insan yaralanmışdır. Erməni terroru nəticəsində 4186 ev, 550 mülki obyekt, 135 şoxmənzilli yaşayış binası, çoxlu sayda məktəb, uşaq baxçası, xəstəxana dağıdılmış, yararsız hala düşmüşdür.

44 günlük Vətən müharıbəsi zamanı Azərbaycan xalqı Ali Baş Komandan, Respublikamızın prezidenti cənab İlham Əliyevin ətrafında dəmir yumuruq kimi birləşərək erməni terroruna və təcavüzünə qarşı layıqli cavab vermişdir. Erməni silahlı qüvvələri tam məhv edilərək məcburi kapitulyasiya edilmiş və 10 noyabrda üçtərəfli bəyannamə imzalanmışdır.

Bütün bunlara baxmayaraq ermənistan dövləti bu gün də işğalçılıq siyasətindən əl çəkmir və nüfuzlu beynəlxalq təşkilatlarda qəbul edilmiş, dünya dövlətlərinin də qəbul etdiyi konvensiyalara, protokollara məhəl qoymadan dövlətimizə və xalqımıza qarşı terror və təcavüzünü davam etdirir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə əsasən atəşkəs olmasına baxmayaraq bu günə kimi140 nəfərdən çox insan işğal düvründə basdırılmış minalardan həlak olmuş və ya ağır ayralanmışdır.

Ermənilər dövlət səviyyəsində işğal etdiyi ərazilərdə Azərbaycan fauna və florasına ciddi zərər vurmuş, şəhərləri, qəsəbələri, kəndləri tam məhv etmış, tarixi abidələri, muzeyləri, məscidləri və s. talayaraq dağıtmışdır.

Biz Qərbi Azərbaycan (indiki ermənistan) Azadlıq Təşkilatı olaraq erməni terror və təcavüzünü pisləyirik, dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan ermənistanın xalqımıza qarşı bu təcavüzünə, terroruna son qoymasına, bu dövlətin region və dünya xalqlarına yarada biləcəyi təhlükənin qarşısının alınmasına, onların xalqımıza qarşı törətdiyi cinayətlərin araşdırılmasına kömək etməyə çağırırıq.

Qərbi Azərbaycan (indiki ermənistan) Azadlıq Təşkilatı mətbuat komitəsi