Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir iyunun 5-də kiçik bir əmirlik olan qazla zəngin Qətərlə onun İranla dost əlaqələrinə görə diplomatik münasibətlərini pozublar.
Bəs Qətər İranla yaxşı münasibətlərdə olmağa niyə bu qədər can atır?
Azadlıq Radiosunun müxbiri Mardo Soghom yazır ki, ən böyük səbəb iqtisadidir. Qətər və İran Fars körfəzində dünyanın ən iri qaz yatağının üstündə oturublar. Qətərin Şimal mədəni adlandırdığı yataq əmirliyin hasil etdiyi qazın hamısını verir. Ölkə gəlirlərinin 60 faizini bu yataqdan gəlir.
İran 1979-cu il inqilabından sonra xarici incvestisiya və texniki dəstəkdən bir müddət məhrum olsa da, Qətər xarici şirkətlərlə bahalı kontraktlar imzalayıb. Bu kiçicik öklədə nəhəng qaz zavodları tikilib və Qətər dünyanın ən böyükl qaz ixracatçılarından birinə çevrilib.
Beləlijklə, İran və Qətər müvafiq olaraq olaraq Rusiyadan sonra dünyanın ən böyük ikinci və üçüncü qaz yataqlarına malikdir. 1969-cu ildə İran şahı ilə Qətər əmiri arasında Fars körfəzinin demarkasiyası barədə saziş imzalanıb.
Suyun dibində yerləşən 9700 kvadrat kilometrlik sahə yatağın yerləşdiyi ərazidir. Bunun 3700 kvadrat kilometri (Cənubi Pars) İranın, 6000 kvadrat kilometri (North Dome) Qətərin ərazi sularına düşür.
İki onillik ərzində İran Qətəri imitasiya edərək bu yataqlarda müəyyən iş görmək istəyib. Çin əvvəlcə bu yatağı inklişaf etdirəcəyinə vəd versə də, sonradan heç bir əməli iş görməyib və İran 2012-ci ildə niyyət razılaşmasını ləğv edib.
2014-cü ildə Qətər İrana Cənubi Pars yatağının inkişaf etdirilməsində dəstək vəd edib. Qətər nigaran idi ki, dünya gücləri ilə nüvə danışıqları aparan İran özünün qaz istehsalını artırmaq üçün macal tapa bilər.
Əgər bu tələm-tələs bir şəkildə edilsəydi, bütün yatağın gələcəyi risk qarşısında qala bilərdi. Buna görə də Qətərə, böyük qonşusuna bu yatağı lazımi qaydalarla inkişaf etdirməkdə kömək etmək əl verirdi.
O vaxtQatar Petroleum şirkətində olan bir mənbə Reuters-ə demişdi ki, İran nüvə sazişini imzalayanadan sonra “biz onlara məsləhət və texnologiyalar verə bilərik”.
2013-cü ildə İranda Hassan Rouhani prezident seçiləndə iki ölkə arasında qaz yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığa dair sazişlər imzalandı. Rouhani-nin neft naziri Mohammad Javad Zanganeh o vaxt demişdi ki, İran və Qətər hasilatın artırılması naminə əməkdaşlığa meyllidir.
Çox güman ki, əməkdaşlıq təşəbbüsü İran tərəfindən gəlmişdi. Beləki, Rouhani öz ölkəsini boğucu sanskiyalardan qurtarmaq və qazıntı yanacağının hasilatını artırmaq istəyirdi.
2013-cü ilin dekabrında Qətərin enerji naziri Reuters-ə bildirmişdi ki, iki ölkə arasında təmas kanalları açılıb və birgə iş üçün komandalar yaradılıb.
Əlbəttə, Qətərin bu işdə İrana nə qədər praktik fayda verə biləcəyi sual altında qalır. Qətərin özünün qaz texnologiyalarının çoxu iri neft şirkətlərinin mülkiyyətindədir.
Şübhə yoxdur ki, Qətər İran və Körfəzin ərəb ölkələri arasında uzun müddət balanslı siyasət yürütməyə çalışırdı.
2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi hücuma və talana məruz qalanda Riyad İranla diplomatik əlaqələrini kəsmişdi. Başqa Körfəz ölkələri də Səudiyyə ilə həmrəylik naminə eyni addımı atmışdılar. Qətər İranla diplomatik əlaqələrini kəsən sonuncu ərəb ölkəsi olmuşdu.
Amma indi belə görünür ki, Qətərin Səudiyyə ilə münasibətləri soyumaqda davam edib, Tehranla isə əksinə münasibətlər yaxşılığında qalıb.
Bu isə öz növbəsində İranın Yaxın Şərqdə, xüsusilə də Yəməndəki fəaliyyətinə qəzəbli olan Səudiyyənin səbir kasasını daşırıb.
Məqalə Azadlıq.orq saytından götürülüb.