Türk Silahlı Qüvvələri, zirehli personal daşıyıcıların iştirakı ilə keçirilən təlimə 250 əsgərlə iştirak edir. Türkiyə, təlim səbəbiylə hərbi bazaya yüngül silahlar da göndərib.
Qətərə hərbi baza yaradan Türkiyə, Qətər ordusu ilə birlikdə hərbi təlimlərə başlayıb.
Türkiyə, təlim münasibətilə Dohadakı Türk hərbi bazasına yüngül silahlar da göndərib.
5 İyun tarixindən bu yana Səudiyyə ərəbistanının başını çəkdiyi ölkələr tərəfindən təcrid edilən Qətərdəki Türk bazası, böhranın partlayışından bir neçə gün sonra həyata keçirilmişdi.
Səudiyyə Ərəbistanla birlikdə Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Doha rəhbərliyindən istədiyi 13 maddəlik tələb siyahısında, Türk bazasının bağlanması da yer alırdı. Ancaq Qətər tələblərin heç birini qəbul etmədi.
Türkiyə, böhranın əvvəlindən bu yana Qətərin yanında yer alır. Hazırda Qətərdəki supermarketlərdə Türk məhsulları satılır.
Könül Hacıyeva