Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən nəşr olunmuş “Erməni ideologiyasında irqçi motivlər” adlı kitabında tanınmış ermənişünas alim Erciyes Üniversitetinin professoru, İrəvan Türk Cümhuriyəti Millət Şurasının başkanı Qafar Çaxmaqlı erməni millətinin ortaya çıxmasından başlayaraq müasir dövrə qədər erməni şovinizminin, irqçi düşüncəsinin köklərini araşdırmış, tarix boyunca var olan erməni ideoloji cərəyanlarının fəaliyyəti, onların bəşəriyyət üçün zərərli, qeyri- bəşəri xüsusiyyətlərini ortaya qoymuşdur. Bu qənaətə gəlinmişdir ki, erməni irqçii düşüncə dalğasında erməni terrorizminin bəlli dönəmlərdə tüğyan etməsi, ayrı-ayrı ölkələrdə milliyyətçi-terrorçu cərəyan və qruplar şəklində suçsuz insanları təhdid edib öldürməsinin məqsədə çevrilməsi üçün müəyyən tarixi- ideoloji baza olmuşdur.
Venesiyada mxitarizm adı ilə ortaya çıxan milli qrupların fəaliyyətundən, erməni milliyyətçiliyinin əsasını qoyan İsrael Orinin “Erməni Planı”ndan tutmuş terrorizmi əsas mübarizə vasitəsinə çevirən erməni siyasi komitə və təşkilatlarına (Armenakan, Erməni İnqilabçı Federasiyası- Daşnaksütyun, Hnçak və b). qədər uzun bir yol keçilmişdir. Ermənilərin yaratdığı bütün terror təşkilatlarının ( o cümlədən Nemezis, ASALA və b.) mayasında bir türk düşmənçiliyi dayandığı faktlar və sənədlərlə ortaya qoyulmuşdur.
Kitabda Zəngəzur canisi, alman faşistləri ilə əlaqələr qurub cinayətlət törətmiş Garegin Njdedən də bəhs edilmişdir. Erməni xalqının formalaşma prosesini ən qədim əsrlərdə axtaran Njde və digər erməni ideoloqlar bəzi dialektik gerçəkləri unudurdular. Bu səbəbdən də əsərdə geniş yer verilən Njdenin “Tsexakronizm” təlimi irqçi düşüncənin məhsulu kimi ortaya çıxmışdır və bu təlimin Hitlerin “Yeni nizam“ anlayışı ilə eyniyyət təşkil etdiyi araşdırılıb ortaya qoyulmuşdur. Nasistlər və onların irqçiliyi II. Dünya Müharibəsi əsnasında, bənzəri görülməmiş bir miqyasda qırğınlara yol açmışdısa, erməni irqçiliyi daha əvvəllərdən bu yola düşmüşdü.
Tarixin ironiyasıdır ki, 2016-cı il mayın 28-də İrəvanda 1944-cü ildə həbs edilərək 25 il azadlıqdan mərhum edilən və həbsxanada ölən bu faşistin -Qaregin Njdenin heykəlinin rəsmi açılışını keçiriblər. Dünyanın terörist kimi qəbul etdiyi bir çox ermənilər bu ölkədə “xalq qəhrəmanı “ hesab olunur. 1921-ci ildə Berlində Osmanlı dövlətinin daxili işlər naziri Tələt paşanı öldürən Soğomon Teyliryana da heykəl qoyulub, Tələt paşanın başı onun ayağı altında heykəlləşdirilib. Ermənistanda belə şovinist meyllər və fəaliyyətlər kitabda geniş yer almışdır.
Müasir Ermənistanda nəşr olunan tarix və orta məktəb dərs kitablarında irqçiliyin təbliğatı da faşizmə meylliliyin göstəricisi kimi faktlar və örnəklərlə verilmişdir
Bu əsər bu günkü erməni cəmiyyətinin iç üzünü açmaq və onların başqa xalqlara yanaşmada nasist mövqeyinin köklərinin araşdırılması və ortaya qoyulması baxımından əhəmiyyətli vəsaitdir.
Mənbə: moderator.az