Qafqaz İslam Ordusu və Azərbaycanın xilası

15/09/21 4:41

15 sentyabr xalqımızın tarixində mühüm günlərdən biridir. 1918-ci ilin 15 sentyabr tarixində Bakı şəhəri bolşevik-daşnak işğalından azad olunub, Azərbaycan Cümhuriyyətinin paytaxtı elan edilib.

Bu möhtəşəm qələbənin 103-cü ildönümü münasibətilə bu gün, Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşü keçirilib.

Zamanında Azərbaycan və Türkiyəyə ədalətsiz yanaşanlar, bölgədə şəri və işğalı yayan qüvvələr indi Bakı-Ankara qardaşlığı qarşısında daha diqqətli olmalıdır. Unutmamalıdırlar ki, 44 günlük Vətən Müharibəsi regiondakı geosiyasi konfiqurasiyanı dəyişdi, türk əsgərini Şuşa Bəyannaməsi ilə Azərbaycana gətirdi. Bu gün artıq Azərbaycan və Türkiyənin bir-birinə qarşılıqlı hərbi-texniki, hərbi dəstəyi hüquqi sənəddə həkk edilib: “Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar”.

Azərbaycan Milliyyətçi Demokrat Partiyası üzvlərinin Bakının Qafqaz İslam Ordusu tərəfindən azad etməsinin 103- cü il dönümü ilə əlaqədar Türk şəhidliyini ziyarətindən fotoları təqdim edirik.

Transqafqaz.com