ELBARİZ Məmmədli
Azərbaycan-Ermənistan müharibəsində hadisələrin yenidən savaş müstəvisinə keçməsi, tökülən qanın arxasında birbaşa Rusiyanın dayandığını bütün reallığı ilə ortaya qoydu. Çünki ötən ilin noyabrında imzalanmış razılaşma sənədinə görə, ruslar öz üzərinə böyük öhdəliklər götürmüşdü. Amma bunların heç biri baş vermədi.
Yəni, düşmən ölkənin silahlı birləşmələri torpaqlarımızı tərk etmədilər. Atəşkəsə əməl olunmadı. Əksinə ruslar tərəfindən yenidən təlimə cəlb edilərək, silahlandırılan haylar, yenə bütün istiqamətlərdən hücuma cəhd göstərib ərazilərimizə soxulmağa çalışdılar. Doğrudur, Vətənin şanlı oğulları bütün hücumları cavabsız qoymadılar. Fəqət, bu itkisiz başa gəlmədi. Niyyətini kifayət qədər ayaqlandıran Kreml vəziyyətin ciddi olduğunu dilə gətirib, hadisələrin episentrində hərbi kontingentin artırılması haqda danışmağa başladı. Əslində bu, ilk günlərdən baş verib və ruslar sadəcə işləklərini leqallaşdırmaq istəyirlər. Deməli bu hərəkətlə üçtərəfli saziş də ilk günlərdən pozulub.
İndi Rusiya hər gün ələ salaraq, hayların nifrəti mərkəzinə çıxarmaq istədiyi Paşinyanın ərköyün hərəkətlərindən narahatdır və bu narahatlıqdan qurtulmaq üçün onun devrilməsi planları üzərində işləyir. Ruslar yaxşı anlayırlar ki, son bir ildə acı müharibə məğlubiyyətini dadmış, böyük itkilər vermiş erməni cəmiyyətinin əsas hissəsi müharibə ritorikasını qətiyyən qəbul etmir. Hətta ağıllı adamlar bunun bir oyun olduğunu və böyük güclərin maraqlarına xidmət etdiyini artıq dilə gətirib, bağırmağa başlayıb. Bu kəsim Paşinyanı müdafiə etməkdə israrlıdır ki, təki müharibə olmasın. Belə olan halda, Rusiya özünə bağlı qüvvələri meydana atıb, gərginliyi artırmaqla, istəyinə nail olmaq fikrindədir. Amma başçıları əsasən hayların sevmədiyi Qarabağ klanından olan qüvvələr də xalqın çoxluğu ilə müqayisədə zəif təsir bağışlayır. Bax, haylarla son qanlı toqquşmamızın arxasında da məhz rusların istəkləri dayanır.
Artıq informasiya mənbələrindən məlumdur ki, dekabr ayının 15-də Brüssel şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlıq sammiti çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü razılaşdırılıb. Aİ Şurasının prezidenti Charles Michelin təşəbbüsü ilə reallaşacaq bu görüş, əslində ermənilər üçün daha əlverişli ola bilər. O mənada ki, gələcəyi sual altına düşən bu , xəstə toplum nəhayət reallığı dərk edə, Rusiya və başqa ölkələrin qızışdırıcı həmlələrindən uzaqda dayana bilər. Onsuz da növbəti müharibə başlanarsa, ermənilərin bölgədə dövlət kimi qalacağına kimsə zəmanət verə bilməz. O ki, qaldı İlham Əliyevə, görüşə qalib dövlətin başçısı və Ordunun Baş Komandanı kimi gedir.
Ona nəyisə diqtə etmək bizim vəzifəmiz deyil. Amma unutmayaq ki, bu tip ziddiyyətli məsələlərdə Rusiya kimi, bir çox Qərb dövlətlərinin də öz maraqları var. Görüşdə ölmüş Minsk Qrupunun dirilməsi və ya oxşar bir qurumun yaradılması, eyni zamanda işğalçı rus hərbi kontingentinin hansısa beynəlxalq qüvvələrlə əvəzlənməsi dolayı yolla diqqətə çatdırıla bilər. Bütün hallarda Azərbaycan «ilanın ağına da lənət, qarasına da» el məsəlindən möhkəm tutmalıdır. Azərbaycanın dövlət başçısını arxasında qalib bir xalq dayanıb və bütün kürsülərdən o xalqın istəkləri ifadə olunmalıdır. İstər qarşıdakı rus olsun, istər ingilis, alman və başqaları.
Dünəndən sosial şəbəkələri gündəm kimi zəbt edən bir xəbər də böyük narahatlıq doğurub. Belə ki, döyüş bölgələrində daşnak terrorçulara əl-qol atan, onlara məxsus lövhə və atributları sındıran hərbçilərimizin ordudan kənarlaşdırıldığı və məsuliyyətə cəlb edildiyi deyilir. Maraqlıdır, haylar bu zibil kilsələrini torpaqlarımızda inşa edəndə, yer adlarımızl dəyişəndə, daşnak heykəlləri qoyanda kiminsə səsi çıxmadı. Bu gün həmin cinayətləri işğalçı ruslar soyqırım törətdikləri Xocalıda edirlər. Səsimiz çıxmır. Halbuki ölkə başçısı Ermənistan ərazisindəki bütün yaşayış məskənlərinin öz adı ilə çağrılması və yazılması üçün ictimaiyyətin elm və qələm adamlarına müraciət etdi. Anlaşılır ki, Azərbaycan Ordusunun hünəri aramızda kimlərisə məyus edir. Kremlin və digər düşmən tərəflərin maraqlarına xidməti çətinləşdirir.
Xalqımız öz ŞANLI ORDUsunun yanında və arxasında olmalıdır. Qaliblər mühakimə olunmurlar!
Mənbə: Fedai.az