Qarabağ ermənilərinə “xüsusi status”verilməməsinin ON SƏBƏBİ

03/08/21 11:33

Ermənistanda keçirilən parlament seçkiləri başa çatdıqdan sonra 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli razılaşmaların icrası aktuallaşdı.

Azərbaycan tərəfi 10 noyabr üçtərəfli razılaşmaya əsasən Ermənistan tərəfi ilə “Sülh Müqaviləsi”-ni imzalamağa hazır olduğunu bildirdi. Hər zaman olduğu kimi ermənilər növbəti dəfə üzərlərinə götürdükləri öhdəliklərin icrasından imtina etdilər.

“Ermənistanın təzyiqlər altında Azərbaycanla heç bir sülh müqaviləsi imzalamayacaq. Belə bir ssenaridən söhbət gedə bilməz”. Bunu xarici əlaqələr üzrə parlament komissiyasının sədri, hakim “Mənim addımım” fraksiyasının üzvü Ruben Rubinyan Sputnik Ermənistan-a müsahibəsində deyib. Rubinyan sonra qeyd edir ki, Bakı Qarabağ xalqının iradəsinə əsaslanaraq, Dağlıq Qarabağın statusunu tanıyarsa, Ermənistan “Azərbaycanla məmnuniyyətlə bir sənəd imzalayacaq”.

2020-ci ilin payızında, 44 günlük müharibə nəticəsində, Azərbaycan otuz ildir erməni işğalı altında olan ərazilərini azad etdi. Müharibədən sonra Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlanılması təklifini irəli sürdü və iki dövlətin ərazi bütövlüyünə əsaslanan müddəalar üzərində danışıqlara hazır olduğunu bildirdi. Azərbaycan tərəfinin etdiyi praqmatik təkliflərə baxmayaraq, iyunun 19-da ölkəsində keçirilən parlament seçkilərində qalib gələn Ermənistan Baş Naziri Nikol Paşinyan keçmiş Dağlıq Qarabağın statusunun tanınmayacağı təqdirdə tərəflər arasında yekun Sülh Razılaşmasının olmayacağını elan etdi. Azərbaycanda yaşayan ermənilərin “öz müqəddəratını təyin etmək hüququ” adı altında 1993–2020-ci illərdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin işğal edən Ermənistan Cənubi Qafqazda çox saylı insan itkisi ilə müşaiyət olunan iki müharibəyə səbəb oldu. BMT və Minsk Qrupunun fəaliyyətsizliyi səbəbindən Azərbaycan işğal olunmuş torpaqlarını azad etdi və Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan vətəndaşı olan ermənilərə xüsusi status verilməyəcək.

Azərbaycanın Qarabağ İqtisadi (Ağdam, Şuşa, Füzuli, Tərtər, Ağcabədi, Bərdə Xankəndi, Xocavənd, Xocalı) rayonunda yaşayan ermənilərin xüsusi siyasi-hüquqi statusa malik olmamasının on səbəbi var.

  1. Erməni millətçi hərəkatı 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) erməni dilində “birləşmə” mənasını verən “miatsum” şüarı altında başladı. Beləliklə, bu, Ermənistan ərazisinin genişləndirilməsi üçün irredentist (dövlətin, partiyanın və ya siyasi hərəkatın bir xalqı, milləti, etnosu vahid bir dövlət daxilində birləşdirmək siyasəti) bir layihədir və öz müqəddəratını təyin etməyə səbəb vermir. Ermənilər bir dəfə öz müqəddəratını Qərbi Azərbaycan torpaqları hesabına təyin ediblər.
  2. Dağlıq Qarabağ 7 iyul 1923-cü ildə faşist Sovet (bolşevik) hakimiyyəti tərəfindən Azərbaycan xalqının razılığı olmadan və iradəsinə zidd olaraq Muxtar Vilayət yaratdı. Bu Muxtariyyət təkcə bölgədə yaşayan ermənilərə deyil, hər kəsə verildi, o cumlədən bölgədə yaşayan azərbaycanlılara və digər xalqlara. Bundan sonra Sovet (bolşevik) hakimiyyəti Qərbi Azərbaycanın (Ermənistan) Zəngəzur bolgəsindən Türk əhalinin Andronik Ozanyan və Qaregen Njdenin quldur daşnak dəstələrinə soyqırım etməsinə şərait yaradaraq dolayısı ilə iştirakçısı oldu. Say tərkibi Qarabağın erməni əhalisindən dəfələrlə çox olan Zəngəzurun Türk əhalisinə Muxtariyyət tanımadı. Qeyd etmək lazımdır ki, tarixən Qarabağ dağlıq və ovalıqdan ibarət vahid bir bütöv idi. Keçmiş Dağlıq Qarabağ Sovetlər tərəfindən süni şəkildə yaradılmış kommunist inzibati vahid idi. 1988-ci il fevralın ayının 20-də keçmiş Dağlıq Qarabağ Milli Şurasının erməni millət vəkilləri Azərbaycan və Sovet qanunlarına zidd olaraq bu bölgəni Ermənistanla birləşdirməyə səs verdilər. Sovet qanunvericiliyi baxımından bu addım qanunsuz idi.
  3. Azərbaycan 1988-1991-ci illərdə Qarabağda yaşayan ermənilərin tələblərini səbirlə yerinə yetirərək, sosial-iqtisadi proqramlar həyata keçirirdi. Moskva Dağlıq Qarabağda Xüsusi İdarəetmə Komitəsi yaratdı, ancaq erməni millətçiləri Ermənistanla birləşmək üçün irredentist bir proqram irəli sürməyə davam etdilər. 1 dekabr 1989-cu ildə Ermənistan Sovet Respublikası Parlamenti DQMV-nin Ermənistanla birləşdirilməsi barədə qanunsuz qərar qəbul etdi. Bu qərarın qanunsuz olduğunu nəzərə alan, SSRİ Ali Soveti ləğv etdi.
  4. Ermənilərin dinc əhaliyə hücumundan sonra 26 noyabr 1991-ci ildə Azərbaycan parlamenti tərəfindən keçmiş Dağlıq Qarabağın Muxtar statusu ləğv edildi. Ona görə də Azərbaycanın konstitusiyasına və qanunlarına görə Dağlıq Qarabağ Muxtar Vilayəti kimi bir bölgə yoxdur. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınmış və BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalına cavab olaraq 1993 -cü ildə qəbul etdiyi 4 qətnamə ilə bu işğalı təsdiq etmişdir.
  5. Ermənistanın iddialarının əksinə olaraq, Sovet konstitusiyasına görə, yalnız on beş Sovet Respublikasının öz müqəddəratını təyin etmək hüququ vardı. Əksinə, Dağlıq Qarabağın Azərbaycandan ayrılmaq üçün konstitusiya haqqı yox idi. Erməni tərəfi qondarma Dağlıq Qarabağın müstəqilliyinin elan edilməsinin “İttifaq Respublikalarının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununa uyğun olaraq həyata keçirildiyini irəli sürdü. Bu qanuna görə, sovet respublikası tərəfindən vərəsəlik prosesinin başlanması zamanı hər hansı bir muxtar qurumun da müstəqil seçim etmək hüququ var, Sovet İttifaqında qalmaq və ya onu tərk etmək. Lakin Azərbaycan, Ermənistan və digər sovet respublikaları kimi, 8 dekabr 1991 -ci ildə SSRİ dağıldıqdan sonra, Belovej Sazişləri əsasında Sovet İttifaqını tərk etdi. Buna görə də, 3 aprel 1990 -cı il tarixli yuxarıda göstərilən qanuna istinad etmək olmaz, çünki nə Azərbaycan, nə də Ermənistan bu qanundan SSRİ-dən ayrılmaq üçün istifadə etməmişdir.
  6. Beynəlxalq hüquq heç bir insan qrupuna öz müqəddəratını təyin etmək hüququ vermir. Bu hüququn tətbiq oluna biləcəyini müəyyən edən bir sıra şərtlər var və erməni millətçilərinin fərziyyələrinin əksinə olaraq Qarabağdakı ermənilər öz müqəddəratını təyin etmək məqsədiylə “xalq” anlayışına uyğun gəlmir. Burada da qeyd etmək yerinə düşər ki, 970000 min azərbaycanlının qovulması və infrastrukturun və mədəni irsin tamamilə məhv edilməsi Ermənistanın guya öz müqəddəratını təyin etmək iddiasının mənəvi əsaslarını da pozur. Üstəlik, 16 iyun 2015 -ci il tarixində Avropa İnsan Haqları Məhkəməsi, Çıraqov və Başqaları Ermənistana qarşı iş üzrə qərarını elan edərək, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərinə faktiki olaraq nəzarət etdiyini müəyyən etdi.
  7. Qarabağda yaşayan ermənilərin qanunsuz separatşı ayrılma qərarı Bakı tərəfindən bəyənilməyəndə, ərazi bütövlüyünü təmin etmək üçün silahlı əməliyyatlar həyata keçirdi. I-ci Qarabağ müharibəsində Azərbaycan tərəfi 30.000 əsgər itirdi və 4.000 itkin düşdü. II-ci Qarabağ müharibəsi (Vətən) zamanı Ermənistandan 12 minə yaxın işğalçı öldürüldü, Azərbaycandan isə 2906 nəfər şəhid oldu. Helsinki Yekun Aktı və Beynəlxalq Hüququn digər müvafiq müddəaları mərkəzi hökumətin razılığı ilə sülh yolu ilə ayrılmağı nəzərdə tutur, bu isə erməni irredentist silahlı müharibə hərəkatına aid deyil.
  8. 1994 -cü ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında saziş imzalanandan sonra diplomatik danışıqlar prosesi başladı. Azərbaycan keçmiş Dağlıq Qarabağ bölgəsi və ətrafındakı erməni qoşunlarının geri çəkilməsi müqabilində muxtariyyət statusu təklif etdi. Lakin Ermənistan bunu qəbul etmədi və 2020 -ci ilin mart/aprel aylarında ATƏT -in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında hazırlanan Madrid prinsiplərindən imtina etdi. 2020 -ci ilin sentyabr ayında təxribat edərək Ermənistan Müdafiə Nazirinin “Yeni müharibə, yeni torpaqlar” ifadəsi ilə işğalçı müharibəyə başladı.
  9. Son məlumatlara görə, Qarabağda 20-25 min erməni yaşayır. Bu, 10 milyonluq Azərbaycan əhalisinin 0,2 faizinə bərabərdir. Beləliklə, Azərbaycanda yaşayan digər etnik qrupların əhalisi ermənilərin sayını xeyli üstələyir. Hamısı Azərbaycan vətəndaşı olaraq öz mədəni və dini hüquqlarını sərbəst şəkildə həyata keçirə bilərlər.
  10. Erməni azlıqları qonşu ölkələrdə də yaşayır və indiyədək heç birinə xüsusi siyasi status verilməyib. Ancaq dini və mədəni hüquqlarından sərbəst şəkildə istifadə edirlər. Qonşu ölkələrdə yaşayan azərbaycanlılar da eyni şəkildə hüquqlarından istifadə edirlər. Prezident İlham Əliyev müsahibələrinin birində Gürcüstanda və Rusiyada azərbaycanlılarla ermənilərin bir yerdə yaşamasına misal göstərdi, yəni bunun Azərbaycanda da real fürsət ola biləcəyini söylədi.

Göründüyü kimi, Azərbaycanda ermənilərə xüsusi status vermək istəyənlərin məqsədi problemi həll etmək deyil, onu dərinləşdirmək və gələcəkdə xüsusi bir status əldə edərək, onun qarantı kimi çıxış etməklə yeni müdaxilə sahələri yaratmaqdır.

Bu gün, müharibədən sonra, iki ölkənin ərazi bütövlüyünə və azlıqların hüquqlarına qarşılıqlı hörmətə əsaslanan davamlı bir təhlükəsizlik həllinə çatmaq üçün real bir fürsət var.

Bu, gələcəyə dair mümkün olan yeganə dinc baxışdır.

Vahidov Qurban. Araşdırmaçı – analitik