“QARABAĞ” QALİB GƏLDİ…

16/08/17 10:38

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verildi.

Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”ini sınağa çəkir.

Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionu ilə ev oyununda sərfəli nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.

Matçın 25-ci dəqiqəsində Mahir Mədətov hesabı açıb: 1-0

Kamal Əsgər