Qarabağa dair “Lavrov planı” və möhtəşəm 3 gün

25/11/16 7:48

Qələndər Muxtarlı

Baş verənləri belə bir ssenari kimi qəbul etsək,  hansı mənzərə  yaranar?

Qarabağda 22 illik atəşkəsdən sonra alovlanan bu müharibənin əsas səbəbləri nəinki bizim hətta bütün dünyanın müzakirə etdiyi əsas problem məsələdən birinə çevrilir. Bizim cəmiyyətdə bu hadisə bir çox səbəbdən dərin təhlil edilmir və heç dərin təhlilə həvəs də göstərilmir.

Əvvala ona görə ki, illərdi hamıya aydın olan sadə həqiqətlər artıq cəmiyyəti yorub. Millət  sadəcə bu ərazilərin boşaldılmasını, vətəninin, torpağının bütövləşməsini istəyir.  Bunu kim edəcəksə o hətta millətə qarşı etdiklərinə  rəğmən də ən yüksək milli dəstəyi alacaqdır. Təki vətən torpağı azad olsun. Odur ki,Qarabağ ətrafında cərəyan edən geosiyasi hadisələri də diqqətə almırıq.

Fakt odur  ki, istər ATƏT istərsədə digər aparıcı beynəlxalq təşkilatlar Rusiyanın istəyinin əleyhinə gedib bu münaqişəni həll edə bilmir. BMT –nin qanuni və ədaləti hesab etdiyimiz qətnamələrinin icra mexanizmi faktiki olaraq yoxdur. Rusiya yaranmış bu situasiyadan məharətlə istifadə edərək öz istəyini nəinki Abxaziyanın, Osetiyanın timsalında  Qafqazda uğurla həyata keçirə bildi, hətta Avropanın qulağının dibinə qədər də gedib Krımı ilhaq edib istədiyi idarəetməni yaratdı. Bunlar azmış kimi Surayaya girib özünün varlığını orada da təsdiq etməyə çalışdı. Qalib statusunda  da ”daş dövrü”-nə qayıtmiş olduğu Suriyadan çıxır. İndi də Qafqazda yaranan yeni hərbi-siyasi situasiyadan da yararlanmaq üçün fəaliyyətə girişib. ATƏT Azərbaycan-Ermənistan arasında mövzud olan Qarabağ konfiliktini həll edə bilmədi və bütün maraqlı tərəflərdə tam ümidsizlik yaradaraq demək olar ki hadisələrin arxasınca çata da bilmir.Əslində Rusiyanın da istədiyi elə bu idi. Belə bir dövrdə Rusiya fürsəti fövtə  vermək istəmir və bu münaqişəni də Gürcüstanda uğurla sınaqdan çıxardığı Abxaziya və Osetiya həll modeli müstəvisinə gətirərək yeni plan təklif edir. Plana əsasən Dağlıq Qarabağa aid olmayan ətraf 5 rayon Azərbaycana qaytarılır. Kəlbəcər və Laçın rayonları danışıqların müzakirəsi olmur və Dağlıq Qarabağın tərkibində qalır. Ətraf 5 rayonun əraziləri hesabına təhlükəsizlik zolağı yaradılır və Rusiya sülhməramlıları bu ərazidə yerləşdirilir. Bununla da ötən əsrin 90-cı illərində Azərbaycandan çıxan Rusiya silahlı qüvvələri Azərbaycana qayıdaraq münaqişənin, həmdə sülhün və sabitliyin sahibi, qarantı kimi yenidən Cənubi Qafqazın geosiyasi səhnəsinə qayıtmış oldur. Məsələ ondadır ki, Ermənistanın siyasi rəhbərliyi və Erməni cəmiyyəti Putin Rusiyasının bu planını qəbul eməkdən imtina edərək ərazinin şəriksiz sahibinə çevrilmək istəklərini  bildirirlər. Ümumən Ermənistan cəmiyyətində mövcud olan bu fikir Rusiyanı o dərəcədə narahat və edir və hətta qəzəbləndirir ki, Şərq adətlərinə yaxşı bələd olan ruslar Ermənilərin taleyini  “3 günlük” bizə həvalə edir. Qribayedovun bir vaxt gələcək bizim köçürdüyümüz ermənilər özlərini buranın yerli xalqı kimi təqdim edəcəklər fikri Ruslar üçün indi bax belə başağrısına çevrilib. Azərbaycan tərəfi də təklifi qəbul edib 72 saatlıq hərbi əməliyyatlara başlayır və istəyir ki qaytarılması müşkül ola biləcək ən strateji əraziləri azad etsin. Bu ərazilərin də ən əlverişli hesab edilən Sərsəng su anbarı və Ağdərənin olması şəksizdir. Ermənilər yəqin ki Dağlıq Qarabağın ətrafına möhkəm istehkamlar qurub, ona görə də 3 gün müddətində əksər yüksəkliklərdəki düşmən postlarını görürsələr də istehkamlarda ciddi problemlə üzləşiblər. Başqa texnikanın da hərbi əməliyyatlara cəlb edilməsinə icazə verilmədiyindən yəqin ki daha ciddi uğurlar əldə edilməyib. Nəhayət üç gün tamam olur. Ermənistan təhlükəni tam mənası ilə dərk edir  və Putini arayıb vəziyyətə müdaxilə etməsini xahiş edirlər. Vladimr Putin də müdrikcəsinə “möhtəşəm 3 günü” bizimkilərin yadına salıb Lavrovu Bakıya planın detallarının müzakirəsinə göndərir. Dünya isə bir daha şahidi olur ki buralar yiyəsiz və sahibsiz deyil.

Maraqlıdır, görəsən qalan dünya ruslara hansı sürprizi hazırlayırlar? Hazırlayırlarmı?

 

Oxunub: 10884