Qarabağda çaxnaşma-Laçın dəhlizi bağlanırmı?

25/08/21 4:07

Qarabağda çaxnaşma var, hamı Laçın dəhlizinin yaxın zamanlarda bağlanmasından danışır. Tanınmış erməni jurnalist, Ermənistan Jurnalistlər Birliyinin üzvü Nairi Oxikyan bu barədə sosial media səhifəsində bildirib.

Jurnalistin sözlərinə görə, “çaxnaşma böyük sürətlə yayılır”. Jurnalist Qarabağ ərazisini tərk etmək niyyəti ilə Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı erməni sakinlərindən onlarla müraciət alır.

N.Oxikyan tələm-tələsik Qarabağı tərk etməyə çalışan erməni əhalisini media vasitəsi ilə sakitləşdirməyə çalışdı.

Transqafqaz.com